Zəfərin sevincini yaşadığımız bu günlərdə SOCAR-ın şəhid əməkdaşlarının ailə üzvləri ilə birgə Ağdam, Xocalı, Laçın və Xankəndini ziyarət etdik.
Bu torpaqlarda şəhidlərimizin doğmaları ilə birlikdə olmaq, onların duyğularını bölüşmək bizim üçün olduqca dəyərli idi. Çünki Zəfər yalnız qazanılmış tarixi Qələbə deyil, həm də xalqımızın birliyinin, qəhrəmanlarımızın fədakarlığının və gələcək nəsillərə ötürəcəyimiz böyük mənəvi irsin ifadəsidir.
Bu gün azad torpaqlarımızda yenidən canlanan həyatın hər anında şəhidlərimizin əvəzsiz payı var. Onların əziz xatirəsini daim yaşatmaq, ailələrinin yanında olmaq isə hər birimizin mənəvi borcudur.
Bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram.
Zəfər Günümüz mübarək, Azərbaycan! 🇦🇿
✔Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.
✔President Ilham Aliyev arrived in Türkiye for visit.
President Ilham Aliyev and First Lady Mehriban Aliyeva were welcomed at the airport by Chairman of the Council of Elders of the Organization of Turkic States (OTS) Binali Yıldırım, Deputy Chairman of the Justice and Development Party (AK Party) and Member of the Grand National Assembly of Türkiye Kürşad Zorlu, Chairman of the Foreign Affairs Commission of the Grand National Assembly of Türkiye Fuat Oktay, Member of the Grand National Assembly of Türkiye Mevlüt Çavuşoğlu, Governor of Antalya Province Hulusi Şahin, and other officials.
✔Президент Ильхам Алиев прибыл с визитом в Турцию.
Президента Ильхама Алиева и первую леди Мехрибан Алиеву встречали председатель Совета старейшин Организации тюркских государств (ОТГ) Бинали Йылдырым, заместитель председателя по связям с тюркским миром правящей Партии справедливости и развития (AK Parti), член Великого национального собрания Турции Кюршад Зорлу, председатель Комиссии по внешним связям Великого национального собрания Турции Фуат Октай, член Великого национального собрания Турции Мевлют Чавушоглу, губернатор города Анталья Хулуси Шахин и другие официальные лица.
#IlhamAliyev
#MehribanAliyeva
8 Noyabr – Zəfər Günü! 🇦🇿
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə qazandığımız tarixi Zəfər milli qürurumuzun əbədi rəmzidir.
Bu Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Zəfər Günümüz mübarək, Azərbaycan!
#ZəfərGünü #Azərbaycan #8Noyabr
Bir əsr əvvəl neft Bakını dünyanın müxtəlif ölkələrindən insanların üz tutduğu bir şəhərə çevirmişdi. Bu gün həmin insanların doğmalarına göndərdikləri açıqcalar Bakının neft tarixini onların öz sözləri ilə bizə çatdırır.
@SOCARofficial ilə @anewz_az birgə istehsalı olan “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi bu xatirələri ekranda yenidən canlandırır.
İnanıram ki, bir vaxtlar yalnız şəxsi ünsiyyət vasitəsi olan bu açıqcalar bu gün daha çox insana Bakını və onun tarixini yaxından tanımağa imkan verəcək.
#SOCAR
A century ago, oil transformed Baku into a city that attracted people from around the world. Today, the postcards they sent to their loved ones tell the story of Baku’s oil history in their own words.
“Crude & Ink: Stories Written in Oil,” a documentary co-produced by @SOCARofficial and @Anewz_tv, brings these memories back to life on screen.
I believe these postcards, once used solely for personal correspondence, will now offer a wider audience an opportunity to discover Baku and its history.
Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da “Diqqət, danışır Bakı!” sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tariximizin əsasını qoydu, xalqımızın ictimai və mədəni həyatında, milli dəyərlərimizin təbliğində və maarifçilik ənənələrinin inkişafında mühüm rol oynadı.
1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə keçdi. Televiziya və radio ötən illər ərzində ölkəmizin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq, xalqımızın tarixini və milli-mənəvi irsini gələcək nəsillərə çatdıran mühüm informasiya vasitələrinə çevrildi.
Bu gün Azərbaycan televiziya və radiosu zəngin tarixi ənənələrini yaşatmaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən media islahatları institusional potensialın gücləndirilməsinə, teleradio yayımının texniki imkanlarının genişləndirilməsinə, rəqəmsal platformalara inteqrasiyaya, proqramların mövzu müxtəlifliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Dövlətimizin başçısının media nümayəndələrinin fəaliyyətinə göstərdiyi diqqət və qayğı da xüsusi minnətdarlıq doğurur. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsi bu sahəyə uzun illər sədaqətlə xidmət edən peşəkarların əməyinə verilən yüksək qiymətin təzahürüdür.
Azərbaycan Radiosunun 100 illik yubileyi və televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bütün teleradio əməkdaşlarını, o cümlədən bu sahənin veteranlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram!
Qarabağda həyatı yenidən öz rənglərinə qovuşduran tarixi Zəfərimizin 6-cı ildönümü mübarək!
Zəfərlər daim sənin olsun, Azərbaycan! 🇦🇿
#ZəfərinRəngi#ZəfərGünü#Azərbaycan#8Noyabr
SOCAR və @Anewz_tv |nin əməkdaşlığı ilə ərsəyə gələn “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi doqquz insan hekayəsini ekrana gətirir.
#SOCAR
SOCAR and AnewZ bring a chapter of the city’s oil heritage to the screen in “Crude & Ink: Stories Written in Oil”.
Azerbaijan has transformed South Caucasus from “The Battle Space” of big powers to “A Marketplace” or “Cooperation Space”of every party.
“In Baku, Professor Jeffrey Sachs sit down with Hikmat Hajiyev, Assistant to the President of the Republic of Azerbaijan, Head of the Department of Foreign Policy Affairs of the Presidential Administration of the Republic of Azerbaijan. From a country that spent 34 of its 35 years of independence at war, to one now quietly building a green corridor from the Caspian Sea to Europe, Azerbaijan is rewriting its own story.
Hajiyev reflects on the peace with Armenia, the 800 gigawatts of wind potential sleeping beneath the Caspian, COP29, and a surname that carries within it both an Arabic pilgrimage and a Russian suffix, a dialogue of civilisation in a single word. Professor Sachs delivers the Pope’s encyclical on peace and AI. And somewhere between the caviar and the wind farms, a new picture of the world begins to take shape.”
https://t.co/J2VzZK4Hbt
#TheMarcoPoloDrive #TogetherIsFurther #WhatsCoolAbout #SilkRoad #Azerbaijan
“Smart Urbanization Capstone”: ideyalar yarışdı, qaliblərimiz məlumdur! 🏆
#SOCAR#SmartUrbanization
Smart Urbanization Capstone: the ideas are in, and our winners are announced! 🏆
100 gəncimizi məzun etdik, daha 100 gəncimiz isə “SOCAR Könüllüləri” qrupunun sıralarına yeni qoşuldu.
Məzun olan hər bir gəncimizə uğurlar, yeni qoşulan könüllülərimizə isə zəngin imkanlarla dolu bir yol arzulayıram. 💙
#SOCAR#SOCARKönüllüləri
Könüllülük gənclər üçün yeni təcrübə, yeni bilik və yeni imkanlar deməkdir.
SOCAR Könüllüləri proqramı gənclərin şəxsi və peşəkar inkişafına dəstək verən mühüm təşəbbüslərimizdəndir.
Məzunlarımızı təbrik edirəm, yeni könüllülərimizə uğurlar arzulayıram!
@SOCARofficial#volunteers #socialresponsibility
Supporting young people’s innovative ideas and helping them unlock their potential is an important part of SOCAR’s commitment to social responsibility.
The Smart Urbanization Capstone project is a great example of this commitment in action.
Congratulations to the winners, and best wishes to all participants!
@SOCARofficial #SmartUrbanization #Innovation
✔Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.
✔On September 26, the main race of the Formula 1 Azerbaijan Grand Prix took place on the Baku City Circuit.
President of the Republic of Azerbaijan Ilham Aliyev, First Lady Mehriban Aliyeva, and their family members watched the race.
✔На Бакинском городском кольце проходит основной заезд Гран-при Азербайджана Формула 1.
Президент Азербайджанской Республики Ильхам Алиев, первая леди Мехрибан Алиева и члены их семьи наблюдали за соревнованиями.
#IlhamAliyev
#MehribanAliyeva
Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı.
#Azərbaycan#Qarabağ