10 may 2021-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Mən kökümlə bu torpağa bağlıyam” adlı gənclərin əl işlərindən ibarət rəsm sərgi-müsabiqəsi keçirilmişdir.
#ARGİN
10 may 2022-ci il tarixində Bakı şəhərində keçirilən “Şahin” hərbi idman oyununun Respublika final mərhələsində Sumqayıt şəhərini təmsil edən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “Şahinlər” komandası uğurlu çıxış edərək, II yerə layiq görülmüşdür.
06 may 2022-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Xidmət sahələri və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Karyera - Gələcəyini Layihələndir” mövzusunda təlim keçirilib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Tibb Kollecinin birgə təşkilatçılığı ilə 26 aprel 2022-ci il tarixində kollecin akt zalında “Autizmi tanı” adlı seminar keçirilmişdir.
Sumqayıt şəhər Polis İdarəsi, Gənclər və İdman Baş İdarəsi, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi və Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə Gənclər Evində "Narkomaniyaya Yox Deyək” devizi altında növbəti maarifləndirici görüş təşkil edilmişdir.
23-24 aprel 2022-ci il tarixlərində Polşanın Poznan şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda Azərbaycanın milli yığma komandasının tərkibində iştirak edən Sumqayıt idmançısı Səbinə Əliyeva (57 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanmışdır
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin iclası keçirilib. İclasda bir sıra məsələlərlə bağlı müzakirələr aparılarq müəyyən qərarlar qəbul olunub. Qərara əsasən Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi təyin olunub.
Türkiyənin Antalya şəhərində keçirilən paracüdo üzrə Qrand Prix yarışında şəhər idmançısı Tokio Paralimpiya Oyunlarının bürünc mükafatçısı Namiq Abbaslı gümüş medal qazanmışdır.
13 aprel 2022-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Qadın Resurs Mərkəzinin və Tibb Kollecinin birgə təşkilatçılığı ilə kollecin tələbələri arasında “İnsan alveri və qadın zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilmişdir.