23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə bu şərəfli missiyanı həyata keçirən bütün dövlət qulluqçularını təbrik edir, onlara uğurlar arzulayırıq! 🇦🇿
🇦🇿🇹🇲 Bugünkü görüşdə Türkmənistan Respublikasının sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə Azərbaycan və Türkmənistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də şəhərsalma və tikinti sahələrində əməkdaşlığın inkişafını müzakirə etdik.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərinə Türkmənistanın verdiyi töhfəni yüksək qiymətləndiririk. Füzuli şəhərində inşa edilən məscidin xalqlarımız arasında dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin növbəti təzahürü olduğunu vurğuladıq.
———
🇦🇿🇹🇲 Met with Turkmenistan’s Minister of Industry and Construction Production, Toyguly Nurov.
We highly appreciate Turkmenistan’s contribution to the restoration and reconstruction of Garabagh and East Zangazur. The mosque being built in Fuzuli stands as another symbol of friendship, brotherhood and shared spiritual values between our peoples.
We also exchanged views on further cooperation in urban development and construction.
Həftəsonu günlərində vətəndaşların istirahət məkanlarına üz tutduğunu nəzərə alaraq ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmağa çağırırıq.
🚮 Məişət tullantılarını yalnız nəzərdə tutulmuş yerlərə atın, istirahət etdiyiniz ərazilərdə təmizliyə riayət edin.
❗️Novxanıda polis əməliyyatı: gizli narkobunker aşkarlandı⤵️
Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı əməliyyatlar davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən ardıcıl əməliyyatlar nəticəsində 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
#NarkotikləMübarizə#DİN#PolisAzərbaycan
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
#CinayətkarlıqlaMübarizə#Oğurluq#PolisAzərbaycan
Qanunsuz dövriyyədən çıxarılmış 5️⃣ tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi ⤵️
❗️İyunun 11-də polis əməkdaşları tərəfindən aşkarlanan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
🔔 “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.
✨ Məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq.
BNMİ 5️⃣1️⃣ kiloqram narkotik vasitə və 2️⃣0️⃣0️⃣0️⃣ ədəd psixotrop həbi dövriyyədən çıxarıb⤵️
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.