Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Ümummilli liderimiz Heydər Əliyevin vəfatından 19 il ötür. Ulu öndər, siz, hər zaman qəlbimizdə yaşayacaqsınız. Allah rəhmət eləsin.
#HeydərƏliyev#UluÖndər#12dekabr
Mücahidlər Muzeyində mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı.
#Yüksəliş müsabiqəsinin keçən il qalibi Fərrux Əliyevlə Nazirliyimizdə mentorluq proqramını uğurla bitməsi ilə əlaqədar görüşdük və gələcək əməkdaşlığımızı və birgə layihələrimizi müzakirə etdik. Fərruxa bizimlə birgə çalışması və dəyərli təkliflərinə görə təşəkkür edirəm
Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı.