@iliannutrescu Biz burada qadına dəyər verən, elm və maarifçilikdən danışan fikirləri paylaşırıq, sən isə öz nifrətini qusmaq üçün bəhanə axtarırsan. İslam dini ilk əmri 'Oxu!' olan, qadına ən böyük dəyəri verən dindir. Sənin dediyin cəhalətin dinlə heç bir əlaqəsi yoxdur
@nextnewton “Dində məcburiyyət yoxdur” Bəqərə, 2:256: Amma mənim paylaşımım qadının hüquqsuzluğunun millətə vurduğu zərər haqqındadır. Bir haqsızlığı göstərmək üçün digərini bəhanə etmək arqument deyil. Sualım sadədir:Öndərin qadınların hüquqları barədə fikrinə konkret etirazın nədir?
@knulhusain Mənim hansı mövzuda nə vaxt danışdığımı bilmədən belə nəticəyə gəlməyin düzgün deyil. Məcburi örtünməyə də, geyiminə görə qadının təhqir edilməsinə də qarşıyam. Qadın hüquqları yalnız bir məsələdən ibarət deyil ki, birini müdafiə edəndə digərini inkar etmiş olasan.