Təkəbbürlü təvazökarlıq deyilən bir məqam var. Bu zaman insan təvazökar olduğu üçün öyünür və özünün böyük insan olduğuna baxmayaraq, təvazökar davranışlar nümayiş etdirməyi ilə təkəbbürlənir.
Əziz dostlarım, dəyərli həmkarlarım, yeni ildə hər birinizə ilk növbədə mənəvi ruh yüksəkliyi və cansağlığı arzu edirəm. Günlərin leyhdə və əleyhdə bir-birini əvəz etdiyi dünyada uca Allah hər bir işinizə xeyir və bərəkət versin. Bayramlarınız mübarək olsun!
Əslində, hər an məlumatımız olsa, dünyada təəccüb doğuran hadisələr tez-tez baş verir. Belə bir dünyada qəlbi, ağlı təmiz insanları tanımaq, seçmək, dəyərləndirmək asan olduğu qədər çətindir.
İnsanın keyfiyyətdən düşməsini çox vacib mövzu kimi gündəmdə tutmaq önəmlidir. Eqoist, dar düşünən, nifrət dolu olan insan mövqeyindən asılı olmayaraq cəmiyyətimiz üçün təhlükəlidir.
Xəyal qurmaq bir sənət əsəridir. İnsan gözlərini bağlayır və həmin anda istədiyi kəsi zehnində canlandıra bilir. Əsas odur ki, yaxşı insanlar xəyal olmasınlar.
Bir insanın səmimiyyəti və gözəl xüsusiyyətləri ilk növbədə onun ətrafına çox yaxşı təsir edir. Bu zəncirvari olaraq yayılmalı, bütöv cəmiyyəti dəyişdirə bilən gücdə olmalıdır.
Doğru və məntiqli fikir yürütmək arasında fərqlər var. "Məntiqli" sözü qulağa məntiqli səslənə bilər, lakin yanlış təzahür edə bilər. Vicdanlı yanaşmanın meyvəsini yemək lazımdır.
Səmimi və xoşniyyət olmaq mümkün olduğu halda hiyləgərliyi seçmək çox iztirablıdır. İnsan sərbəst şəkildə müsbət xüsusiyyətlərini günbəgün inkişaf etdirə bilən varlıqdır. Lakin təkəbbür və zülm artdıqca onlar boğulur.