Bu gün tariximizə "Aprel Zəfəri" 🇦🇿 kimi düşən müharibənin 5-ci ildönümüdür.
Vətən uğrunda canından keçən bütün Şəhidlərimizi ehtiramla yad edirik.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
CNN Türk telekanalının müxbiri Fulya Öztürk Azərbaycanın 🇦🇿 qələbəsi ilə yekunlaşmış İkinci Qarabağ müharibəsi haqqında sənədli film hazırlayıb.
Videonun ardı 👇
https://t.co/GR5GgxY9fs
Əziz dostlar, hər birinizi ayrı - ayrılıqda Novruz Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Təbiəti gözəlləşdirən bu bayram həyatınızı da gözəlləşdirsin. Ömrünüz də bahar kimi ətirli, xoş və təravətli olsun.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Başda bütün Şəhid Anaları və Ataları olmaqla Xalqımızın "İlaxır çərşənbəsi" mübarək olsun!
Baharın gəlişi bütün evlərə bol ruzi-bərəkət, sevinc və xoşbəxtlik gətirsin!
İlaxır çərşənbəniz mübarək!
Başda haqqları ödənməyəcək qədər böyük olan bütün şəhid anaları, həyat yoldaşları, bacıları və qızları olmaqla bütün Azərbaycan xanımlarını "Beynəlxalq Qadınlar Günü" münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Cəsurun baxışı qorxağın qılıncından kəskindir!
Bu gün adı ilə, baxışı ilə düşmənin canına qorxu salan Şuşa fatehi, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür.
Doğum gününüz mübarək, cənab General!
21 fevral - Beynəlxalq Ana Dili Günüdür.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.