UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu!
QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026 (QS International Trade Rankings MBA/Masters 2026) açıqlanıb.
#UNEC#QS
#UNEC Times Higher Education (#THE) beynəlxalq reytinq sisteminin 2026-cı ildə açıqladığı nəticələr Cənubi Qafqaz regionunda universitetlərin inkişaf istiqamətləri barədə yeni mənzərə ortaya qoyur.
#UNECisTHEOne
🎓 UNEC – Azərbaycanda CFA akkreditasiyasına sahib yeganə universitetdir
Qlobal maliyyə dünyasında rəqabətə davamlı biliklər qazanmaq və beynəlxalq səviyyəli təhsillə fərqlənmək istəyirsinizsə – seçiminiz UNEC-dir!
#UNEC#MBA#Akkreditasiya
UDİD və Minor proqramlarına qeydiyyat davam edir!
UNEC-in təqdim etdiyi Universitetdaxili İki Diplom (UDİD) və Minor əlavə təhsil proqramlarına sənəd qəbulu başlayıb. Sənəd qəbulu avqustun 15-dək davam edəcək.
Ətraflı: https://t.co/wJ3sgAVx43
#UNEC#UDİD#Minor
UNEC-in Fəxri məzunlarını tanıyaq!
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov
Fərid Qayıbov 1999-cu ildə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr təhsili alıb.
#UNEC#UNEC95
UNEC-in Fəxri məzunlarını tanıyaq!
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov
Mikayıl Cabbarov 2004-cü ildə UNEC-də “İqtisadiyyat” ixtisası üzrə magistr təhsili alıb.
#UNEC#FəxriMəzunlar
2024-2025-ci tədris ilində UNEC-ə qəbul olan tələbələr üçün “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnindən (ingilis, alman, fransız, rus) II kurs IV semestrin sonunda Aralıq imtahanı (Final imtahanı) beynəlxalq sertifikat imtahanlarına uyğun keçiriləcək.
#UNEC
UNEC THİK üzvü olan tələbələrimiz
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını UNEC-in şəhid olan məzunlarının övladları ilə birlikdə keçirərək, onlara sevincli və əyləncəli gün yaşadıblar.
#UNEC#UNECTHİK#UNEC2025#şəhidlər
2025-cü il “UNEC İnklüziv Təhsil İli” elan edilib!
#UNEC İnklüziv Təhsil Mərkəzinin yaranmasının 10 illiyi münasibətilə elan olunan ildə inklüziv təhsilin inkişafına, əlillərin təhsilə və sosial həyata inteqrasiyasına yönəlmiş müxtəlif tədbirlər və layihələr həyata keçiriləcək.
#UNEC-də təhsil alan əcnəbi tələbələrin sayı ildən-ilə artmaqdadır.
Belə ki, 2024-2025-ci tədris ilində UNEC-ə qəbul olan əcnəbi vətəndaşların sayı son on illə müqayidsədə 4 dəfə artıb.
Ətraflı: https://t.co/Y4yib96vQp
#UNEC
#UNEC-in magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması - İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi - FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb.
Ətraflı: https://t.co/4MsvHJkh6a