@Xa_Ma_ AFD güclənir get gedə😖
Gəl südə🙏 Sıfırdan başlamırsan ki. artıq o mərhələdə deyilsən sən, bütün sənədlərin yerində, erfahrungun genug. Sadəcə yerdəyişmə edirsən layiq olduğun daha yaxşı həyat şərtləri üçün🙏
@Xa_Ma_ Bu əsl rassisimdi artıq🤦♀️AFD.nin mərkəzində belə işlər doppelt çətindir. Ümid edirəm tezliklə həll olar, acığa düşüb nəsə bir problem çıxartmazlar🙏💙
Bu qış sanki çox qısa oldu. Gec başladı, tez bitdi. Artlq 2 həftədir hər gün günəş var, ağaclar tumurcuqlayır, güllər açır, quşlar cingildəyir. Necə gözəldir! ☀️
Latte deyəndə 2023cü ilin yayını xatırlayıram. Venesiya, vaxtından qabaq doğulmuş və özü qidalana bilmədiyinə görə reanimasiyada zondla qidalanan oğlum. O günlərdə italyan tibb bacılarından ən çox eşitdiyim söz idi Latte. Yəni süd ♥️
Azərbaycan nağıllarının çoxunda fırıldaqçılıq, biclik, yaltaqlıq kimi şeylər təbliğ olunur. Ona görə nağıl danışanda fikir vermək lazımdır onun uşağa direkt və indirekt şüuraltı nə aşıladığına.
@nuuurana@eltajrustamli Keçən dəfə bir video reseptdə eşitdim ətotu ilk dəfə, dedim bu rozmarindir ki elə. Sonra google eledim ki, elə deyirmişlər. Ola bilər bəlkə yabanı və mədəni növləri ayrıdır ya da bilmirəm nədir səbəb))
Hazlrda oxuduğum kitabda deyir ki, insan uşaqlıqda ona göstərilən davranışı mütləq böyüyəndə ya özünə ya başqalarına yönləndirir. Məsələn, daima utandırılıbsa gələcəkdə ya özündən utanır ya da o da kimisə ( özündən aşağıda olanları, məsələn uşağını) utandırır.
Mən də nə qədər elədim, 2022ni yaxşı il adlandıra bilmədim. İtkilərim olmasa da pis hiss etdiyim anlarım çox oldu, xatırlayanda da adamın ağlına ilk onlar gəlir, sonra düşünüb axtarıb yaxşı nələrsə tapıb təsəlli edirsən
Köhnə ili götür qoy elədim, gördüm çox böyük işlər görmüşəm, babat uğurlar zad olub. Amma itirdiklərim hər şeyi dəyərdən salır gözümdə. Ona görə 2023 filan da vecimə deyil, istəyir gəlsin, istəyir gəlməsin, nə gətirir gətirsin, до лампочки