Bu gün Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümüdür.
Təhlükəsizliyimizin və ictimai asayişin keşiyində dayanan bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar arzulayırıq.
#2İyul#AzərbaycanPolisiGünü
✨ Qəhrəman olmaq üçün xüsusi gücə ehtiyac yoxdur.
Bəzən bir insanın həyatını dəyişmək üçün sadəcə qan donoru olmaq kifayətdir.
🩸 Ümumdünya Qan Donoru Günündə həyat bəxş edən, ümid yaradan bütün donorlara təşəkkür edirik.
Bu gün müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Novruz bayramınız mübarək!
Bu bayram süfrələrinizə bolluq, evlərinizə sevinc, qəlblərinizə isə ümid və inam gətirsin.
Təbiətin oyandığı bu gözəl gündə sizə möhkəm sağlamlıq, güc, əzm və xoşbəxtlik arzulayırıq.
Gənclər — müstəqil Azərbaycanın bu günü və sabahıdır.
Azərbaycan Gəncləri Günü münasibətilə bütün gəncləri təbrik edirik.
#2Fevral#AzərbaycanGənclərGünü
20 Yanvar – xalqımızın milli birlik, mübarizə və azadlıq iradəsinin simvoludur.
Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
#20Yanvar#20January1990#BlackJanuary
Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində aşağı ətraf venalarının varikoz xəstəliyinin (venaların genişlənməsi) müasir üsulla – lazer texnologiyası vasitəsilə müalicəsinə başlanılıb.
Ətraflı: https://t.co/m1xIZVum27
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bütün dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edirik.
Milli birlik və həmrəyliyimizin daim möhkəm olmasını, Yeni ilin hər birinizə sağlamlıq, rifah və uğurlar gətirməsini arzulayırıq.
Sol bud-çanaq nahiyəsində bud sümüyünün burmalar səviyyəsində yerdəyişmiş sınığı diaqnozu ilə Yeni Klinikaya müraciət edən 90 yaşlı qadın pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra olunub.
Ətraflı: https://t.co/aLjPGDr7oe
7 illik TƏBİB yolu pasiyent yönümlü, müasir, əlçatan və keyfiyyətli səhiyyə prinsipləri ilə davam edir.
TƏBİB ailəsi olaraq sağlam gələcək naminə görülən işləri və əldə olunan nailiyyətləri qürurla qeyd edirik.
Birlikdə daha sağlam gələcəyə!