Bu gün #Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü il dönümünə həsr olunmuş “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirildi. 2023-cü il ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası üçün əlamətdar hadisələrlə dolu bir il kimi yadda qalacaq. “Heydər Əliyev İli”ndə Naxçıvan Muxtar Respublikasında yeni siyasi idarəetmə sistemi tətbiq olunur. Muxtar respublikanın hərtərəfli inkişafına hesablanmış dövlət proqramı təsdiqlənib və yeni layihələrin reallaşdırılması üçün böyük maliyyə vəsaiti ayrılıb. Eyni zamanda bu il suverenliyimizin tam bərpa olunmasının təntənəsini yaşayırıq.
Bizə bu qüruru yaşadan cənab Prezidentə minnətdarıq!
Azərbaycan xalqı qalib Prezidenti və Müzəffər Ordusu ilə fəxr edir!
#QalibAzərbaycan #Azərbaycan
Qardaş Türkiyə xalqına başsağlığı diləyir, enkaz altında qalanların tezliklə sağ-salamat çıxarılmasını diləyirəm. Dualarımız sizinlədi!🇦🇿🇹🇷 #Türkiye#AzerbaycanTürkiye#TurkiyeDeprem