"Saving private Ryan" filmində bir səhnə var. İki əsgər əlbəyaxa olur, alman əsgəri bıçağı alıb, var gücü ilə yavaş-yavaş, öz dilində nəsə deyə-deyə amerikalı əsgərin ürəyinə yeridir. O, amerikalı əsgəri pıçıldaya-pıçıldaya öldürür. İşıq va qaz qalxanda o səhnə yadıma düşür.
I'm discussing “Söz-söhbət #1: Tənqid, təhqir, linç. ” with Alikhan Raj, Farid Pardashunas, and @PRoMete_HOST. Today, 7 Feb at 11:00 PM GMT 4 on @joinclubhouse. Join us! https://t.co/x6kHBVZSZW
Tənqid və xoş sözlərinizi bir başa özümüzə çatdırmaq istəsəniz qoşula bilərsiniz.
Vallah biz şikayət eləməkdən bezdik, siz öz bildiyinizi eləməkdən yox. Əgər bir şey gecə qalxırsa, onu qaldıranın məqsədi məlumdur. Bizim də hər şeyi zarafata salmağımız kefimizdən deyil e, əlacsızlıqdandır. Deyirik bəlkə gülməkdən öləsiniz, sizin də heyif yumor hissiniz yoxdur.
Bu il əsl həmrəyliyi dadan bir Xalq kimi hamımızı Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm. 2021 müharibəsiz və maskasız il olsun. Dünya olaraq bu il çox çətinliklər gördük. Kaş bu bəlanın başlanğıcı yox sonu olsun.
Daha da həmrəy olmaq arzusu ilə daha gözəl illərə.
Müharibədə vuruşan əsgərin ailəsi ehtiyac içində qalmamalıdır. Yaralı əsgəri camaat pul yığıb müalicə etməməlidir. Əsgərə göndərilən pay əsgərə də çatmalıdır. Bir sözlə, Vətənə olan sevgi qarşılıqlı olmalıdır.
20-lərdən sonra həyat elə bil daha tez keçir. Doğum və ölümümüz arasında keçən vaxt tarix üçün demək olar heçdir. Bəzən bir cümlədən də azdır. Amma bu böyük prossesin bir hissəsi olmaq da çox xoşdur. "Nə vaxtsa dünyada Taleh adında bir nəfər olub" cümləsinə görə yaşamağa dəyər.
İnsanların müharibə iştirakçılarına və şəhid ailələrinə diqqəti yaxşıdır. Amma aydındır ki, hamını əhatə edə bilməzlər, diqqətdən kənarda qalanlar olacaq + bu diqqət müvəqqəti və məhduddur. Bir dostum I Qarabağ müharibəsində mental sağlamlığını itirən əmisinin +