Biz müəyyən təchizat yaradırıq amma bu metodlarda çox primitivik biz təhsil haqqında belə düşünürük ki bu müəyyən biliklərin ötürülməsidir əslində isə o zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki onun fikirləri tələsikdir və şərtsizdir.
Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik.
Təfəkkür və nitq müasir ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin.