@mehdiyev62017@Jaleezd Həyatı boyu öz ailəsindəki uşaqları bayramda paylaşmayan insanın bunu eləməsi, hə, cringedi. Performativ yaşanan hər şey cringedi. Xoşbəxt yaşayıb, uşağı bayramda sevindirmək üçün şəklini statusa qoymaq yox, bir oyuncaq, konfet alıb gəzməyə çıxarmaq kifayətdir)
Atamın nə qədər fədakar, sevgi dolu, yaxşı ata olduğunu uşaqlıqda tam dərk etmirdim. İndi bilirəm ki, həyatımdakı ən böyük şansım odu və onun mənə göstərdiyindən daha az qayğı, sevgi, diqqətə qane ola bilmərəm.
Elə bir gün düşünün ki, siz özünüzü heç bir uşaqdan fərqli ya da əksik hiss etməyəsiniz deyə atanız öz anasının “il” mərasimini bitirib sizi gəzməyə çıxarıb əyləndirməyə çalışır. 1 iyun həmin gündü mənim həyatımda.
Bir sözlə, hamı özünü həyatın təbii bir parçası olan “təhlükədən” qorumaq məqsədilə öz ego balonunun içində dığırlanaraq taleyindən şikayətlənməyə davam edir.
Nəyə görə münasibət qurmaq bu qədər çətinləşib? Tərəflərin maddi/ mənəvi xilaskar olmadığı, yelləncəkdəki kimi mövqe tutmadığı, partnyoru ilahlaşdırmadığı münasibəti qurmaq artıq imkansız görünür. Hamı sevilmək istəyir, amma heç kim sevmək istəmir++
+ hamı “mükəmməl” partnyor axtarışı və “variant” çoxluğu girdabına düşüb, amma ideal münasibətin hansısa bir gün qabağımıza çıxmadığını, zamanla qurulduğu reallığını qəbul etmək istəmir++