İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Resources” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.
Ətraflı - https://t.co/oqwDrulZdj
#EconomyAz
İqtisadiyyat naziri Mikayıl Cabbarov (@MikayilJabbarov) Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.
Ətraflı - https://t.co/ypOMbtSjWW
#EconomyAz
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib.
Ətraflı - https://t.co/3h5AVOwyMj
#EconomyAz
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi #Azərbaycan nümayəndə heyəti #Özbəkistana işgüzar səfər edib.
Ətraflı – https://t.co/IXFlTnogu8
#EconomyAz
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) yerli istehsalın genişləndirilməsi, sənaye müəssisələrinin rəqabət qabiliyyətinin artırılması və daxili bazarın yerli məhsullarla təmin olunması məqsədilə sahibkarlara maliyyə dəstəyi göstərir.
Fondun maliyyə dəstəyi ilə fəaliyyətini genişləndirən “Mister Decor” MMC Cənubi Qafqazda ilk ixtisaslaşmış divar kağızı istehsalı müəssisəsidir. Müəssisənin illik istehsal gücü 2,1 milyon rulon təşkil edir və layihə çərçivəsində 76 yeni iş yeri yaradılıb.
“Mister Decor” layihəsi ABDF-in yerli sənayenin inkişafına, istehsal imkanlarının genişlənməsinə və idxaldan asılılığın azalmasına verdiyi töhfənin nümunələrindən biridir.
#ABDF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin aparıcı infrastruktur və tikinti şirkətlərindən olan “Limak Group”un fəxri prezidenti Nihat Özdemirlə görüşüb.
Ətraflı - https://t.co/ghvB0slAgb
#EconomyAz
Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) nümayəndələri Slovakiyanın “EXIMBANKA SR” qurumu ilə görüş keçiriblər.
Görüş zamanı Slovakiya şirkətləri üçün Azərbaycandakı investisiya imkanları, maliyyələşdirmə mexanizmləri, ixrac kreditlərinin dəstəklənməsi və Qarabağın bərpası çərçivəsində ��məkdaşlıq perspektivləri müzakirə olunub.
ABDF beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və ölkəmizə yeni investisiyaların cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.
#ABDF #Investment
İqtisadiyyat naziri Mikayıl Cabbarov (@MikayilJabbarov) Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri xanım Denisa Sakova ilə görüşüb.
Ətraflı - https://t.co/CvGoRIyPGZ
#EconomyAz
2026-cı ilin ilk altı ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara məxsus 3004 layihənin maliyyələşdirilməsinə 136,5 milyon manat güzəştli kredit verilib.
Bu ilin altı ayı ərzində sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "AccessBank" QSC, "Rabitəbank" ASC, "Yelo Bank" ASC və "Kapital Bank" ASC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "AccessBank" QSC, "Kapital Bank" ASC, "Rabitəbank" ASC və "Paşa Bank" ASC daxildir.
Qeyd edək ki, sahibkarlar ABDF-nin güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.
#ABDF
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib.
Ətraflı - https://t.co/RgiVGDqHw7
#EconomyAz
Strong economies are built on meaningful partnerships—and business forums provide the opportunity to create them.
A BSTDB team headed by the President met with @abdf_az to explore opportunities to strengthen development partnerships, promote private sector growth and expand access to investment opportunities.
The exchange reaffirmed a shared commitment to fostering entrepreneurship, innovation, and sustainable economic development through closer cooperation.
İqtisadiyyat naziri Mikayıl Cabbarov (@MikayilJabbarov) və #SOCAR-ın prezidenti Rövşən Nəcəf (@RovshanNajaf) ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Ətraflı - https://t.co/W9pkVGL9FS
#EconomyAz
Azərbaycan Biznesinin İnkişafı Fondunun göstərdiyi maliyyə dəstəyi yerli rəqəmsal həllərin inkişafına, onların rəqabət qabiliyyətinin artırılmasına və beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Fond tərəfindən güzəştli kreditlə dəstəklənən "Clopos" layihəsi bulud əsaslı platforma kimi bizneslərin gündəlik əməliyyatlarını vahid sistemdə birləşdirərək səmərəliliyi artırır və rəqəmsallaşmanı sürətləndirir.
Artıq 13 ölkəyə xidmət ixrac edən və 4500-dən çox müəssisə tərəfindən istifadə olunan bu həll yerli sahibkarlığın innovativ inkişafına uğurlu nümunədir.
#ABDF
Azərbaycan Biznesinin İnkişafı Fondu ölkədə yaşıl iqtisadiyyatın inkişafına və ekoloji dayanıqlılığın gücləndirilməsinə müxtəlif maliyyə mexanizmləri vasitəsilə töhfə verir. Fond sahibkarların yaşıl biznes modellərinə keçidini təşviq edir və bu məqsədlə bərpa olunan enerji, resurslardan səmərəli istifad�� və tullantıların müasir üsullarla idarə olunması kimi sahələrdə layihələri dəstəkləyir.
Ətraflı: https://t.co/nQVuBKu8pa
#ABDF
İqtisadiyyat naziri Mikayıl Cabbarov (@MikayilJabbarov) Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşüb.
Ətraflı - https://t.co/oHLGlxnxIV
#EconomyAz