ENGLISH VERSION BELOW
“Abzas Media”nın direktoru Ülvi Həsənli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına zidd şəkildə Bakının Umbakı qəsəbəsində yerləşən Penitensiar Kompleksə köçürülməsinə etiraz olaraq, 26 iyun tarixindən aclıq aksiyasına başlayıb. Aksiyaya başladığı gündən etibarən Həsənli psixoloji və fiziki təzyiqlərə, qeyri-insani rəftara və şəraitə məruz qalıb.
Aclığın 7-ci günündə belə, o, sağlamlığı ilə bağlı heç bir tibbi müayinədən keçirilməyib. Həkimlər yalnız çəkisini ölçməklə kifayətləniblər. Bu müddətdə çəkisi 77 kq-dan 71 kq-a düşüb. O, eyni geyimdə saxlanılır, təmiz paltarları verilməyib, yataq şəraiti yararsızdır, buna görə də belində ağrılar başlayıb. Həkim nəzarətindən kənar, qapalı kamerada saxlanması onun sağlamlığına ciddi təhlükə yaradır.
Həsənlinin ailəsi bildirir ki, müəssisənin iki əməkdaşı - onlardan biri Pərviz adlı şəxsdir - ona qarşı zorakılıq tətbiq edib. Jurnalistin bədənində hələ də xəsarət izləri qalmaqdadır. Bu məsələ ilə bağlı Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edilib.
Ülvi Həsənli aclıq aksiyasını davam etdirməkdə israrlıdır. O, həyat yoldaşı və iki yaşlı qızı ilə görüş hüququnun pozulmasına, qanunsuz şəkildə Bakı İstintaq Təcridxanasından kənarda saxlanmasına etiraz edir və hüquqlarının bərpasını tələb edir.
Əgər bu tələblər yerinə yetirilməzsə, “Abzas Media”nın Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistləri də aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.
Biz “Abzas Media” olaraq bəyan edirik:
Ülvi Həsənliyə qarşı baş verənlər fiziki və psixoloji işgəncə, beynəlxalq hüququn pozulması, qanunsuz cəza tədbiri və insanlıqdan kənar rəftar nümunəsidir.
TƏLƏB EDİRİK:
• Prezident İlham Əliyev bu qanunsuzluqlara son qoymaq üçün dərhal tədbir görsün;
• Ədliyyə naziri Fərid Əhmədov vəziyyəti yerində qiymətləndirmək üçün Umbakı qəsəbəsindəki Penitensiar Kompleksi təcili ziyarət etsin və məsul şəxslər barədə ölçü götürülsün;
• Baş prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyeva işgəncə və qeyri-insani rəftar iddialarını təcili və müstəqil şəkildə araşdırsınlar.
Bu gün Ülvi Həsənliyə qarşı törədilən əməllər insanlıq cinayətidir. Azərbaycan bu cinayətlərin məsuliyyətindən beynəlxalq hüquq qarşısında boyun qaçıra bilməz.
Abzas Media
ENGLISH VERSION
Ulvi Hasanli, director of Abzas Media, is being subjected to psychological and physical abuse in detention in violation of both national and international law. We demand an immediate end to this mistreatment.
Ulvi Hasanli began a hunger strike on 26 June to protest his unlawful transfer to Umbaki prison, in defiance of a ruling by the Baku Serious Crimes Court. Since then, he has been subjected to psychological and physical pressure, as well as inhumane treatment and detention conditions.
Even on the seventh day of his hunger strike, no medical intervention has been provided. Medical staff have only recorded his weight, which has dropped from 77kg to 71kg. He remains in the same clothes he wore at the time of transfer, has been denied clean clothing, and is being held in poor sleeping conditions. He has developed back pain and is being kept in a closed cell without medical supervision, posing serious risks to his health.
According to his lawyer, two prison officers - one identified as Parviz, used physical force against Hasanli. His body still bears visible signs of injury. The Penitentiary Service and the Ombudsman’s Office have been officially notified.
Hasanli remains determined to continue his hunger strike. He is protesting the denial of visitation rights with his wife and two-year-old daughter, as well as his unlawful transfer from the Baku Pretrial Detention Center. He demands that his rights be restored.
If these demands are not met, Abzas Media’s women journalists currently held in Baku Pretrial Detention Center say they will also join the hunger strike in solidarity.
As Abzas Media, we declare that what is being done to Ulvi Hasanli constitutes torture, a violation of international law, and an act of cruel and inhuman punishment.
We demand:
• That President Ilham Aliyev take immediate action to end these unlawful practices;
• That Minister of Justice Farid Ahmadov urgently visit Umbaki prison to assess the situation and hold those responsible accountable;
• That Prosecutor General Kamran Aliyev and Ombudsman Sabina Aliyeva urgently and independently investigate the allegations of torture and inhumane treatment.
The abuse directed at Ulvi Hasanli amounts to a crime against humanity. The Azerbaijani state cannot escape accountability under international law.
Abzas Media
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Bilirmisən, cühəla,
Nə etdilər vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
Ayıltmadı qələmim.
Şu türk ilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi...