O acıyla gözündən zərrə damla endirməyən o məğrurluğu unuda bilmərik. Özün ağır yaralı ikən digər yoldaşlarının yardıma aparılmasını tələb edən o qəlbinin ülviyyətini unuda bilmərik. Qəlbim o qədər doludur ki, Şəhidim. Kəlimələrimsə çox aciz qarşında..
#KarabahkisAzerbaijan
Bizə mübarizəni, rəşadəti öyrədən igid əsgərim, sənə təşəkkür edirəm. Qəhrəmanlığı, müzəffəriyyəti simgələyən əziz Şəhidim, sənə təşəkkür edirəm. Məğrur duruşu, səbri simgələyən hörmətli Şəhid və əsgər anam, sənə təşəkkür edirəm! Çox təşəkkür edirəm!Haqqını halal et..#Azərbaycan