✔Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay masası əsnasında söhbət ediblər.
✔On November 8, First Lady of the Republic of Azerbaijan Mehriban Aliyeva and her daughter Leyla Aliyeva had a conversation with First Lady of the Republic of Türkiye Emine Erdoğan over tea.
✔8 ноября первая леди Азербайджанской Республики Мехрибан Алиева и ее дочь Лейла Алиева побеседовали с первой леди Турецкой Республики Эмине Эрдоган за чайным столом.
#MehribanAliyeva
✔Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!🇦🇿🇦🇿🇦🇿
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN
✔On this day, we do proudly celebrate Victory Day! We are immensely grateful to our President, our valiant soldiers, officers and war veterans! Our many thanks go to your feats of arms, bravery, courage and unwavering determination, which have enabled us to celebrate this holiday as a victorious nation!
I respectfully pay tribute to our heroic sons who gave their lives for the Motherland, and extend my sympathies to their relatives and loved ones! May peace and prosperity always reign in Azerbaijan!🇦🇿🇦🇿🇦🇿
With deep respect and love,
Yours MEHRIBAN
✔Сегодня мы с большой гордостью отмечаем День Победы! Наша благодарность Президенту, нашим отважным солдатам, офицерам и ветеранам безмерна! Спасибо вам за героизм, отвагу, мужество и стойкость! Спасибо за то, что сегодняшний день мы отмечаем как народ-победитель!
С уважением чту светлую память доблестных сынов нашего народа, героически погибших во имя Родины, желаю терпения их родным и близким! Пусть в Азербайджане всегда господствуют мир и благополучие!🇦🇿🇦🇿🇦🇿
С глубоким уважением и любовью,
Ваша MEHRİBAN
Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da “Diqqət, danışır Bakı!” sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tariximizin əsasını qoydu, xalqımızın ictimai və mədəni həyatında, milli dəyərlərimizin təbliğində və maarifçilik ənənələrinin inkişafında mühüm rol oynadı.
1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə keçdi. Televiziya və radio ötən illər ərzində ölkəmizin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq, xalqımızın tarixini və milli-mənəvi irsini gələcək nəsillərə çatdıran mühüm informasiya vasitələrinə çevrildi.
Bu gün Azərbaycan televiziya və radiosu zəngin tarixi ənənələrini yaşatmaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən media islahatları institusional potensialın gücləndirilməsinə, teleradio yayımının texniki imkanlarının genişləndirilməsinə, rəqəmsal platformalara inteqrasiyaya, proqramların mövzu müxtəlifliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Dövlətimizin başçısının media nümayəndələrinin fəaliyyətinə göstərdiyi diqqət və qayğı da xüsusi minnətdarlıq doğurur. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsi bu sahəyə uzun illər sədaqətlə xidmət edən peşəkarların əməyinə verilən yüksək qiymətin təzahürüdür.
Azərbaycan Radiosunun 100 illik yubileyi və televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bütün teleradio əməkdaşlarını, o cümlədən bu sahənin veteranlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram!