Ağdaş Dövlət Humanitar Kollecində Ağdaş rayon Gənclər və İdman idarəsi və ADHK-nin birgə təşkilatçılığı ilə, “2022-ci il Şuşa ili”nə həsr olunmuş, Tələbə gənclər təşkilatının üzvləri arasında Nə? Harada? Nə zaman ?intellektual oyunu üzrə yarış keçirildi.
#Azegencler
14 aprel 2022-ci il tarixində Ağdaş rayon Qəsil kənd tam orta məktəbin idman qurğularında,VIII-X sinif şagirdlərinin iştirakı ilə, “Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi keçirildi.
"31 mart Azərbaycanlıların Soyqırımı günü" ilə əlaqədar Şamaxı şəhərinə ziyarət təşkil edilmişdir. İştirakçılar əvvəlcə Şamaxı #Cümə məscidini ziyarət etmiş və təşkil olunmuş sərgi ilə tanış olmuşlar.Daha sonra 31 #Mart Soyqırım Abidəsi ziyarət olundu.
#Genocide, #Genocide104,
🇦🇿🏆 Azərbaycan sərbəst güləş komandası Avropa çempionu oldu!
Maqomedxan Maqomedov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar.
30 mart 2022-ci il tarixində “31 mart - Azərbaycanlıların Soyqırımı günü”nün qeyd olunması məqsədilə, Ağdaş rayon Gənclər və İdman idarəsi tərəfindən N.Gəncəvi adına şəhər tam orta məktəbin iclas zalında "31 mart yaddaşlardan silinməyən soyqırım" adlı tədbir keçirilmişdir.
“Tovuz – Gənclər Paytaxtı 2022” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumatları linkdən tanış ola bilərsiniz:
ℹ https://t.co/9br3ipZQ6c
Təqdimatı buradan yükləyə bilərsiniz:
👉 https://t.co/YyZ3hILVH5
#Gənclərİdman#AzərbaycanGəncləri#AZEgənc#Tovuz2022
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Parisdə səfərdədir. Səfər çərçivəsində nazir F.Qayıbov UNESCO-nun mənzil-qərargahında qurumun Baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
🏆🥋 Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası 4 medal qazandı!
Qızıl medallara 🥇Məhərrəm İmamverdiyev və 🥇Kənan Nəsibov layiq görülüblər. 🥈Hüseyn Məmmədov və 🥈Ruslan Nəsirli gümüş medala sahib çıxıblar.
🥊 MMA idman növü üzrə dünya çempionatında 8 idmançı ilə təmsil olunan Azərbaycan 5 medal qazanıb.
🥇Fətəli Talıbovla (52 kq) 🥇Ehtiram Dərişov (62 kq) qızıl, 🥈Nail Əzizov (83 kq) gümüş, 🥉İmran Abbasquliyev (70 kq) və 🥉Mutayev (77 kq) isə bürünc medala layiq görülüblər.
Martın 25-dən 27-dək Polşanın Krakov şəhərində tamblinq üzrə 9-cu Vavel beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycan idmançılarından 🥇Aleksey Karataşov və 🥇Adil Hacızadə qızıl, 🥈Tofiq Əliyev gümüş, 🥉Hüseyn Əsədullayev isə bürünc medal qazanıblar!
Təbrik edirik!👏
🇦🇿🥇Sərbəst güləşçimiz Zirəddin Bayramov (65 kq) Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək qitə çempionu oldu.
Təbriklər!👏
"Yüksəliş" uğrunda rəqabətə qoşularaq 20 qalibdən biri olmaq fürsəti!
1 illik fərdi inkişaf planı, 20 min manat dəyərində pul mükafatı və adınızı kadr ehtiyat bankına daxil etmək imkanı qazanmaq üçün "Yüksəliş" müsabiqəsinə qatılın.
Qeydiyyat üçün link: https://t.co/xIlHNzgsvk
📽 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.
🎭 Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
5 mart 2021-ci il tarixdə Ağdaş rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq idman ictimaiyyətini iştirakı ilə tədbir keçirilmişdir.
Ağdaş rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində "5 Mart- Bədən tərbiyəsi və idman günü" nə həsr olunan yeniyetmə və gənclər arasında 28 fevral – 02 mart 2022-ci il tarixlərində idmanın Taekvondo növü üzrə rayon birinciliyi keçirilmişdir.