2026-cı ildə BDU-da təhsilini başa vuran gənclərimizlə birlikdə Məzun Günümüzü böyük sevinc və təntənə ilə qeyd etdik.
Bu il 6000-dən artıq BDU məzunu həyatının yeni bir mərhələsinə qədəm qoyur. İnanırıq ki, hər biriniz qazandığınız bilik və bacarıqlarla ölkəmizin inkişafına öz töhfənizi verəcəksiniz.
Sevindirici haldır ki, məzunlarımızın bir çoxu həm BDU-da, həm də dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirərək yeni hədəflərə doğru irəliləyəcəklər.
Əziz məzunlar, dəyərli BDU ailəsinin üzvləri! Qarşıda yeni imkanlar, yeni uğurlar və yeni zirvələr sizi gözləyir.
Hər birinizi ürəkdən təbrik edir, həyat yolunuzda xoşbəxtlik, uğur və daim yüksəliş arzulayırıq. Harada olmağınızdan asılı olmayaraq, BDU hər zaman sizin doğma məkanınız olaraq qalacaqdır.
Xoş sorağınızı eşitmək arzusu ilə,
UĞUR NƏSİBİNİZ OLSUN!
UN urban indicators highlight the access to public open spaces as an important part of urban quality of life, including the percentage of households living within a 15-minute walk of public open space.
In Baku, parks, gardens, and waterfront public areas reflect this principle in practice and align with the priorities of the Baku Master Plan 2040. They bring nature closer to daily urban life, support recreation and social interaction, and help make neighbourhoods healthier, more inclusive and more liveable.
As Baku prepares to host WUF13, these green public spaces underscore the importance of accessible, people-centred urban environments in shaping sustainable cities.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
BDU və Beynəlxalq Türk Akademiyası arasında yeni əməkdaşlıq memorandumu imzalandı.
Elmi və intellektual potensialın güclənməsinə birlikdə töhfə verməyə çalışacağıq.
Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.
Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.
Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram.
Today, as a result of another landmine explosion, 4 Azerbaijani citizens, including young children were severely injured.
Since the 2020-war, 392 people have been either killed or injured due to landmine contamination by #Armenia.
We call upon international community to recognize urgency of mine action, to stand with #Azerbaijan in its ongoing demining efforts, as well as to hold Armenia accountable for the deliberate and widespread landmine contamination, which continue to endanger innocent lives and hinder post-conflict recovery.
BDU daha bir beynəlxalq uğura imza atdı. Dünyanın ən nüfuzlu reytinq agentliklərindən olan “QS”-in apardığı “QS Stars” auditində BDU 5 ulduza (“excellent” - “mükəmməl”) layiq görüldü.
Əziz BDU ailəsini növbəti uğur münasibətilə təbrik edirəm!
Rusiya Azərbaycandan üzr istəməlidir!
Russia must apologize to Azerbaijan!
Rusiya Azərbaycan mülki təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyır. Faktı etiraf etməli və Azərbaycandan üzr istəməlidir.
#Rusiyaüzristə#RussiaMustApologizeToAzerbaijan