Ankarada TUSAŞ korporasiyasında törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi dərindən sarsıtmışdır.
Bu terror aktını şiddətlə qınayır və həlak olanların ailələrinə baş sağlığı verirəm.
Başın sağolsun Türkiyəm.
Onun haqqında yazıçılar yazırdı ki, :"Ayağında zəncirlər daş karxanalarında işlədi, ancaq heç zaman ideallarından dönmədi."
Aliya İzzetbeqoviç, Bosniya və Herseqovinanın ilk prezidentini anım günündə dərin hörmət və ehtiramla yad edirəm.
#aliyaizzetbegoviç
Bu gün Müstəqilliyimizin bərpasının 33 illiyi ilə bağlı hər kəsi təbrik edir, xalqımızın könül xoşluğu və qürurla yaşayacağı Güclü, Bütöv və Firavan Azərbaycan arzulayıram
Müstəqilliyimiz uğrunda canlarından keçən Şəhidlərimizi sevgi ilə anıram!
Bayramınız qutlu olsun!
Türkiyənin 8-ci Prezidenti Turqut Özalı doğum günündə sayğıyla anıram!
Sovet İttifaqının dağıldığı, Türk Cümhuriyyətlərinin yeni qurulmağa başladığı dönəmdə Prezident seçilən Özal tarixə bu cümhuriyyətlərə dəstək verən, Türk Birliyi üçün çalışan ilk dövlət başçısı kimi keçdi.
İstiqlal şairi Əhməd Cavadın anım günüdür
Azərbaycanda milli kimlik şüurunu formalaşdıran nəhəng mütəfəkkirlərdən biri - Əhməd Cavad!
Türk millətçiliyinin fikir babası, bir ölkənin HAQQ bağıran səsi, millət aşiqi Əhməd Cavadı!
Böyük Sevgiylə anıram!
27 Sentyabr - Bir millət olaraq özünəgüvən və qürur hissinin dirçəlməsi günü!
Bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, yaralılarımıza Allahdan şəfa diləyir, müharibə iştirakçılarına təşəkkür edir, Qəhrəman Ordumuza hər zaman Zəfər arzulayıram.
Tükənməyən istedadı və Vətəninə sonsuz sevgisiylə özü təkbaşına bir millət olan dahi Üzeyir Hacıbəylinin doğum günüdür.
Üzeyir bəy həm də Cümhuriyyətimizin fikir babalarından idi. Üzeyir Hacıbəylinin öllməz ruhunu sonsuz sevgi ilə yad edirəm.
Türkiyənin 30 Avqust ZƏFƏR BAYRAMI qutlu olsun!
Türkiyənin Zəfərinin 102-ci il dönümündə Mustafa Kamal Atatürkü və silahdaşlarının əziz xatirəsini sevgi ilə anıram!
#30ağustoszaferbayramı
Azadlıqsevər Ukrayna xalqını dövlət bayramı - Müstəqillik günü münasibətilə təbrik edirəm.
Ukrayna xalqına ən yaxın zamanda haqlı savaşlarında qələbə qazanaraq, Zəfər paradı keçirmələrini arzulayıram.
Yaşasın, Ukrayna-Azərbaycan dostluğu!
Yaşasın, azad və bütöv Ukrayna!
Bu gün Ana Dili günümüzdür. Bu dildə sevə-sevə danışan Güneyli- Qüzeyli Azərbaycanımızın hər yerində yaşayan bütün soydaşlarımızı təbrik edirəm.
Ana dili milli-strateji məsələdir, ana dilində təhsil milli təhlükəsizlik sahəsidir.