Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun rəsmi səhifəsi/Official page of Mortgage and Credit Guarantee Fund of the Republic of Azerbaijan
2026-cı ilin birinci yarısında 475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub.
Ətraflı ➡ https://t.co/VdQxa93fAd
#ikzf#statistika#kirayemenzil
2026-cı ilin yanvar-iyun aylarında 226,3 milyon manat məbləğində
ipoteka krediti verilib
Ətraflı ➡ https://t.co/Yf0YfrzTC1
#ikzf#ipoteka#statistika#mənzil
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
237 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir.
Ətraflı ➡ https://t.co/Tji27vpQCu
#ikzf#kirayemenzil
2026-cı ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat məbləğində kredit verilib.
Ətraflı: https://t.co/QMECWPza9T
#ikzf#statistika#sahibkarlıq
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 29,9 milyon manat məbləğində ipoteka krediti verilib.
Ətraflı: https://t.co/XB5H5ZfA7a...
#ikzf#statistika#ipoteka
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.
https://t.co/NeAjRUzPBK