Təsəvvür edirsiniz, hər 100 nəfərdən sadəcə 7-nin dəstəyini qazanmaq kifayətdir ki, seçkilərdə qalib olasan.
Ümumiyyətlə isə, bu xəritə Avropa İttifaqının gələcəyi haqqında kiçik bir spoyler verir...
Avropada seçici aktivliyi
Fransada parlamentin buraxılmasına, Belçikada baş nazirin istefasına və demək olar ki, bütün Avropada ciddi çalxalanmaya səbəb olan seçkilər xalqın kiçik bir hissəsinin iradəsinin təmsil edir.
Məsələn, Xorvatiyada qalib olan "Xorvatiya Demokratik İttifaqı" 34% səs toplayıb.
Lakin, ölkədə seçicilərin sadəcə 21%-i səsvermədə iştirak edib.
Bu o deməkdir ki, partiya ümumi seçicilərin sadəcə 7%-nin səsi ilə qalib olub.