Ey mənim əziz uşaqlıq əyyamım!Ömürdən 25 il keçəndən sonra səni düşünüb kədərlənmək,səndən ötrü heyifsilənmək,ölürkən yalnız səni fərəh və minnətdarlıqla xatırlamaq nə mənasız bir şeydir! (F.M.Dostoyevski)
Millətin başı xarab olub ciddən.Bayag bir tanışım gəlinlərinin nə cehiz gətirdiyini video çəkib üstünə də toy mahnısı qoyub paylaşıb.Yemək paylaşmağı falan keçdim də cehiz paylaşmaq nə idi?!Niyə də niyə?
Bu yüzilin göstəriş sevdasından,gözə soxulan münasibətlərindən,cahil cəsarətindən,görməmişlərin sosial media paylaşımlarından,cılız səviyyə yoxsunlarından və s. artıqlaması ilə iyrənirəm.Həqiqətən bəzi şeylərin ədəbi var idi,indilərdə ədəbsizləşdirdiyimiz.
Mən yetərincə yaxşı biri deyiləm,tamamilə pis biri də deyiləm.Güvən verə bilmirəm amma güvənsiz də deyiləm. Qaçmıram,durmuram da. Asılı deyiləm amma nədənsə,kimdənsə,haradansa qaça biləcək qədər də azad deyiləm. Hərşeyi dərinliyinə qədər düşünürəm amma vecsizəm də.Bu yəni