Heute ist der nationale Pressetag Aserbaidschans und der erste Jahrestag des MSV 🇦🇿 Accounts. Aus diesem Anlass möchte ich den Videoclip über @msv_az teilen, der am 28.05.2023 im WDR ausgestrahlt wurde.
MSV hazırda Dinamonun hücumçusu Kristof Daferner ilə maraqlanır. Güman ki, bu anlaşma Hayke və Töpkenin klubdan ayrılacağı təqdirdə baş tuta bilər. Bu il Zebralar Drezdendən artıq Tsasar və Koter kimi uğurlu transferlər ediblər.
#nurderMSV#ChristophDaferner
Mövsümün ilk əsl transferi. Maks Bezuşkov İnqolşdatdan Duysburqa köçür. Rus əsilli mərkəz yarımmüdafiəçisi 3-cü Liqada 93, 2-ci Bundesliqada isə 130 matç keçirib.
#nurderMSV#MaxBesuschkow
Almaniya Kubokunun ilk mərhələsində Zebralar 2022-23 mövsümündə 3-cü Liqada klubun rəqibi olmuş və Bundesliqaya yenicə vəsiqə qazanmış Elversberq ilə qarşılacaq. Matç avqust ayının 24-ü Duysburqda baş tutacaq.
#nurderMSV
Zebralar qarşıdakı mövsüm 3 turnirdə iştirak edəcək. Liqa və regional kubokla yanaşı MSV nəhayət Almaniya kubokunda oynuyacaq. DFB-Pokal'da Duysburqluların rəqibinin adı sabah baş tutacaq püşkatmada məlum olacaq.
#nurderMSV
Yayda Zebralardan ayrılan 5 nəfərdən biri özünə yeni klub tapıb. #LeonMüller releqasiya olunmuş Ulm ilə bir-illik müqavilə bağlayıb. Bu 26 yaşlı yarımmüdafiəçinin 6-cı klub olacaq. Müller yalnız MSV ilə bir ildən artıq oynayıb və karyerasının zirvəsinə burda çatmışdı.
#nurderMSV
Belə ki, qarşıdakı transfer traffiki dəyişikliklərə səbəb olacaq. Ən azından Zebraların müqaviləsi bitmiş 4 futbolçusu: Paris, Tuqbenyo, Ditqen və Töpkenin gələcək taleyi hələ məlum deyil. Yeni transferlərdən sonra isə ümumi dəyər beşrəqəmli məbləğə yaxşınlaşa bilər.
#nurderMSV
Transfermarketin son dəyərləndirməsinin ən böyük qalibi Ben Şlike olub. Müdafiəçinin qiyməti 150 min avrodan 250-yə qalxıb. Komandanın ümumi dəyəri isə azca artaraq 8,13 milyon avro olub. Lakin bu rəqəm reallığı tam əks etdirmir.
#Transfermarkt#BenSchlicke
İcarədən MSV düşərgəsinə geri dönəcək 4 hücumçu klubun qarşıdakı planlarına daxil deyillər. Heyətdə Visser, Hartviq, Tsamer və zədəli Veqkampa yer yoxdur. MSV yalnız sonuncuya "kömək etmək" istəyir, digər 3 nəfərin alternativləri üzərində isə iş gedir.
#nurderMSV
MSV rəhbərliyi müqaviləsi uzadılmayan 5 futbolçunun adını elan etsə də, anlaşması bitmiş digər 5 nəfərin Duysburqda qalıb-qalmayacağı hələ də açıqlanmayıb. Bu siyahıya icarə əsasında oynamış Dominik Koter də daxildir.
#nurderMSV
Dünən matçdan öncə gözlənildiyi kimi müqaviləsi uzadılmayan futbolçuların adı açıqlandı. Moyer, Göçkan, Müller, Beker və Eqerer 2026-27 mövsümündə MSV forması geyməyəcək.
#nurderMSV
Buliçin transferi ilə yanaşı Mayderix səmtində daha bir şayiə dolaşır: klub #SteffenMeuer ilə müqaviləni uzatmaq istəmir. Bir dövr heyətdə mütəmadi yer yapmış yarımmüdafiəçi son 7 Liqa oyununda ehtiyatda oturub.
Töpken, Göçkan, Koter və Parisin gələcəyi isə sabah məlum ola bilər.
Sabah MSV Aşağı Reyn Kubokunun finalında iştirak edəcək. Hirş meydana əsas heyəti buraxacaq. Aylarla zədəli olmuş oyunçularla bərabər komandanın kapitanı Ali Han isə matçı kənardan izləməli olacaq. Müdafiəçinin oynamama səbəbi açıqlanmır.
#AliHahn#AlexanderHahn
Mövsümün son görüşü bəzi futbolçular üçün azarkeşlərlə sağollaşmaq imkanı verəcək. Bu ilk növbədə mövsüm boyu zədəli olmuş və müqaviləsi bitən oyunçulara aiddir: Beker, Eqerer, Müller, Tuqbenyo və Dittqen. Lakin siyahı burda bitmir.
#nurderMSV
İkinci Bundesliqada geri dönmüş iki klub komandanın lideri Rasim Buliçlə maraqlanır: St. Pauli və Oznabrük. Transfermarkt dəyəri 450 min avro olan yarımmüdafiəçinin MSV ilə hələ bir illik müqaviləsi var və heyətdə onu əvəz edəcək kalibrdə oyunçu yoxdur.
#nurderMSV#RasimBulic
Konor Noss gözlənilmədən Zebraların 3-cü Liqada əsas bombardiri oldu - 10 qol. Yeni mövsümdə irland əsilli futbolçu əsas heyətdə yerini bərpa etmək üzərində işləyəcək.
#ConorNoß
3. Liqada bu mövsüm Braune istisnasız bütün matçlarda çıxış etmiş yeganə MSV futbolçusu oldu. Əsas qapıçı kimi Liqada ilk mövsümünü keçirən Maks 11 matçda qapısını toxunulmaz saxladı.
#nurderMSV#MaximilianBraune#MaxBraune
Yarımmüdafiənin dirəyi olan Rasim Buliçlə artıq başqa klublar maraqlanır. Orta xəttin lideri komandada qalacağı təqdirdə güman ki, yeni kapitanı rolunu oynayacaq.
#RasimBulic