🇦🇿 9 İyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edirik.
Dövlətimizin xarici siyasətinin həyata keçirilməsi və milli maraqlarının qorunması naminə xidməti fəaliyyətlərində daima uğurlar arzulayırıq.
Ordumuzun yaradılmasının növbəti ildönümü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini, hərbi qulluqçularımızı və veteranlarımızı səmimi-qəlbdən təbrik edirəm.
Vətənimizin müdafiəsi, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması kimi ş��rəfli və məsuliyyətli missiyanı layiqincə yerinə yetirən Azərbaycan Ordusunun hər bir üzvünə uğurlar arzulayır, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Silahlı Qüvvələr Günümüz mübarək! 🇦🇿🇦🇿🇦🇿
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularını, veteranlarını və Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər kəsi səmimi-qəlbdən təbrik edirik.
Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.
Vətənə sədaqətlə xidmət edən hərbi qulluqçularımızın qəhrəmanlığı, peşəkarlığı və fədakarlığı xalqımızın qürur mənbəyidir.
Bu əlamətdar gün münasibətilə bütün hərbi qulluqçularımıza möhkəm cansağlığı, xidmətdə uğurlar və yeni nailiyyətlər arzulayır, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Bayramımız mübarək! 🇦🇿🇦🇿🇦🇿
🇦🇿 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar 🇷🇺 Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasını fərqlənmə ilə bitirən azərbaycanlı zabitlər ilə keçirilmiş görüş.
🇦🇿 Azərbaycan milli rəqs sənətini və xoreoqrafiya incəsənətini 🇷🇺 təbliğ və təmsil edən “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının konsert tədbiri.
Sankt-Peterburq, 20.06.2026
15 İyun – Milli Qurtuluş Günü münasibətilə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirəm.
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik yolu bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın davamlı inkişafının, gücünün və beynəlxalq nüfuzunun əsasını təşkil edir.
Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿
Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkd��n təbrik edirik!
Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur.
#MilliQurtuluşGünü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq! 🇦🇿
2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
🇦🇿Yaşasın Azərbaycan!
Встреч�� первого заместителя министра экономики 🇦🇿 Азербайджанской Республики Эльнура Алиева с заместителем министра торговли 🇹🇷 Турецкой Республики Сезаем Учармаком и 🇷🇺 главой Республики Карелия Артуром Парфенчиковым в рамках ПМЭФ’26.
🇦🇿 Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF26) çərçivəsində 🇷🇺 Dağıstan Respublikasının rəhbəri v.i.e Fyodor Şukin və Hökumət sədri Maqomed Ramazanov ilə görüşü.
🇦🇿 28 May - Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbul zamanı konsert proqramının təşkilində fəal iştirak etmiş Azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin və Baş konsulluğun əməkdaşlarının təltif olunması.
Sankt-Peterburq, 29.05.2026
🇦🇿 28 May - Müstəqillik Günündə müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin barelyefi və Azərbaycan Demokratik Respublikasının 2-ci xarici işlər naziri və Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun büstü hörmət və ehtiramla ziyarət edilmişdir.