- Aha, baş əymir hüzurumda bu!...
- Yoxdur vicdanında qanun qorxusu.
- Şair, hökmdarın hüzurundasan.
- Bunu sizsiz belə düşünürəm mən.
- Bəs baş əymədiniz?
- Əymədim, bəli!
Əyilməz vicdanin böyük heykəli...
- Qılınclar toqquşub iş görən zaman
Neylər dediyiniz quru bir vicdan?