Çox da varaqlama bu romanı sən,
Qəflətən səksənmək təhlükəsi var.
Hansı varaqdasa bir də görərsən,
Hələ qurumayan qan ləkəsi var.
Bu kimin qanıdı? Bu nə qandı? Nə?!
Kimin qatilisən? Kimin cəlladı?
Batır barmağını, bir vur dilinə,
Gör tanış gəlirmi bu qanın dadı.
#RamizRövşən
Şuşada bayrağın dalğanan günün mübarək, Vətən!
Ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
#8Noyabr#ZəfərGünü#victorydayinazerbaijan
Onun hər qarışına qarışıb şəhid qanı,
Bu qanlarla qurtardıq qandan Azərbaycanı.
Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı.
Bu yol qorxu bilməyən hünərvərlər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!