Hərkəs öpər gözlərindən,gəl öpüm,
küsmüş ürəyinin qırıq yerini.
Saçlarını darama,sığallayım,
gəl öpüm saçının daraq yerini..
Sən güləndə nə var səni sevməyə,
Sən güləndə gözəl olursan axı..
Bir tək mən sevirəm sənin,küsəndə,
Dolan gözlərinin soyuq yerini..
Bir yerdə oxumuşdum tam da belə deyirdi: "İnsan öz cəlladına aşiq olarmış"... İndi anlayıram, nə qədər dəyər versən o qədər incinəcəksən. Ya bilərək, ya bilməyərək...