Goranboy rayonunda baş verən hadisə ilə bağlı BTV Xəbərin əməkdaşları hadisə yerindədir.
BTV xəbər verir ki, əməkdaşlarımız ərazidən ən son məlumatları izləyicilərimizə operativ şəkildə çatdırır. Hadisənin başvermə səbəbləri və nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
BTV Xəbər hadisə yerindən ən son və dəqiq məlumatları təqdim etməyə davam edəcək.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmjxmZ
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
Goranboy rayonunda baş verən güclü partlayışla bağlı sosial şəbəkələrdə və bəzi xəbər platformalarında müxtəlif məlumatlar yayılıb.
BTV xəbər verir ki, bir sıra xəbər saytları və sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatlarda partlayışın silah anbarında baş verdiyi iddia olunurdu.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərov BTV Xəbərə bildirib ki, partlayış rayon ərazisində yerləşən hərbi hissələrdən birinin silah anbarında baş verib.
Onun sözlərinə görə, hazırda müvafiq qurumların rəhbər şəxsləri hadisə ilə bağlı zəruri tədbirlər görür.
Hadisənin başvermə səbəbləri və nəticələri ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
Ətraflı məlumat veriləcək.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
Goranboyda alovla müşayiət olunan güclü partlayış baş verib
Bir qədər əvvəl Goranboy rayonu ərazisində alovla müşayiət olunan güclü partlayış baş verib.
BTV xəbər verir ki, ətrafda yaşayan sakinlərin sözlərinə görə, hazırda hadisə yerində yanğın davam edir.
Hadisənin başvermə səbəbləri və nəticələri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Ətraflı məlumat veriləcək.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
Gəncədə ailə daxilində yaşanan mübahisə və qarşıdurma diqqət çəkib. “Araşdırma” verilişinin növbəti buraxılışında tərəflər arasında yaşanan hadisələr və səsləndirilən iddialar araşdırılıb.
BTV xəbər verir ki, veriliş zamanı ailə münasibətləri ilə bağlı müxtəlif iddialar səsləndirilib. Hadisənin əsas diqqətçəkən məqamlarından biri isə bibinin öz qardaşının övladlarına qarğış etməsi ilə bağlı yayılan görüntülər və deyilənlər olub.
Tərəflərin mövqelərinin dinlənildiyi araşdırmada ailə daxilində yaranan narazılığın səbəbləri, münasibətlərin hansı mərhələdə gərginləşdiyi və hadisəyə səbəb olan məsələlər müzakirə olunub.
“Araşdırma” verilişi hadisənin bütün tərəflərini üzə çıxarmağa, səsləndirilən iddialara aydınlıq gətirməyə və tərəflərin mövqeyini ictimaiyyətə çatdırmağa çalışıb.
Hadisənin təfərrüatları və tərəflərin açıqlamaları “Araşdırma” verilişində təqdim olunub.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə #araşdırma #Gəncə
Gəncədə Tahirə Məmmədqızının təqdimatında yeni araşdırma
Araşdırma Gəncədə davam edir. “Araşdırma” verilişinə müraciət edən Barat Dadaşovun həyat yoldaşı ilə arasında yaşanan mübahisə bu dəfə verilişin diqqət mərkəzindədir.
Barat Dadaşovun müraciəti əsasında aparılan araşdırmada tərəflər arasındakı mübahisənin səbəbləri və səsləndirilən iddialar araşdırılır. Bəs Barat istədiklərini əldə edə biləcəkmi? Araşdırmanın nəticəsi necə olacaq?
Tahirə Məmmədqızının təqdimatında “Araşdırma” — 29 avqust, saat 21:00-da yalnız BTV-də!
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#BTV #BTVXəbər #Araşdırma #TahirəMəmmədqızı #Gəncə #kəşfet #xəbərlər #sondəqiqə
Nepalda baş verən güclü sel fəlakəti ağır nəticələrə səbəb olub.
BTV xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 97 nəfər həyatını itirib, 27 ölkədən 403 nəfərin isə hələ də itkin olduğu bildirilir.
İtkin düşənlər arasında 62 Nepal vətəndaşı, 133 Hindistan vətəndaşı, 47 ABŞ vətəndaşı və 33 Böyük Britaniya vətəndaşının olduğu qeyd edilir.
Havadan çəkilən görüntülər selin yaratdığı dağıntıların miqyasını və ərazilərdə yaranmış ağır vəziyyəti əks etdirir.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
Xırdalanda yerləşən “Kadeh Xırdalan” restoranının qarşısında avtomobillərin piyadaların hərəkətinə mane olması ilə bağlı redaksiyamıza çoxsaylı vətəndaş müraciətləri daxil olub.
BTV xəbər verir ki, müraciətlərdə restoranın qarşısında park edilən avtomobillərin piyadaların, xüsusilə də ərazidən istifadə edən sakinlərin təhlükəsiz və sərbəst hərəkətinə maneə yaratdığı bildirilib.
Məsələni araşdırmaq məqsədilə BTV əməkdaşları restoranın yerləşdiyi əraziyə yollanıb. Apardığımız müşahidələr zamanı vətəndaşların müraciətlərində qeyd olunan vəziyyətin mövcudluğunun şahidi olduq.
Restoranın sahibi olduğunu iddia edən şəxslə söhbət zamanı isə avtomobillərin restoran müştərilərinə məxsus olduğu bildirilib. Şəxsin sözlərinə görə, onun üçün əsas restoranın fəaliyyətidir.
Bu açıqlama piyadaların təhlükəsizliyinin nə dərəcədə nəzərə alındığı ilə bağlı ciddi suallar yaradır. Ərazidə avtomobillərin parklanması nəticəsində piyadaların yolun hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalması təhlükəli vəziyyət yarada bilər.
BTV olaraq aidiyyəti qurumların məsələni araşdıraraq ərazidə piyadaların təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq tədbirlər görəcəyinə ümid edirik.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
“Qızıl Fırça” rəssamlıq müsabiqəsi keçirilir
Azərbaycanda rəssamlıq sənətinə marağın artırılması və istedadlı rəssamların üzə çıxarılması məqsədilə “Qızıl Fırça” layihəsi keçirilir.
BTV xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər https://t.co/WjyrUb4mNt saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Layihə iştirakçılara öz yaradıcılıqlarını nümayiş etdirmək və sənətsevərlərin diqqətini cəlb etmək imkanı yaradır.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #qızılfırça #rəssamlıq #sənət #azərbaycan
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BTV xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili “Toyota” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü, 1962-ci il təvəllüdlü, Neftçala rayonunun Qaçaqkənd kənd sakini Naib Məhəmməd oğlu Hüseynov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
🇦🇿🇺🇿 Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan “Yeni Daşkənd” layihəsi ilə tanış olub.
BTV xəbər verir ki, Azərbaycan Prezidenti Daşkənddə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihəsinin ərazisinə baxış keçirib və layihə barədə məlumat alıb.
“Yeni Daşkənd” Özbəkistanın paytaxtının gələcək inkişafında mühüm layihələrdən biri hesab olunur.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
@HikmetHajiyev@presidentaz
🇦🇿🤝🇺🇿 Daşkənddə Azərbaycan–Özbəkistan qardaşlığını və dostluğunu əks etdirən mühüm mərasimlər keçirilir.
BTV xəbər verir ki, Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri, iki ölkə prezidentlərinin təltif olunması, Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi, eləcə də mətbuata bəyanatlar baş tutub.
Mərasimlər iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini, qarşılıqlı etimadı və möhkəm dostluq bağlarını bir daha nümayiş etdirir.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
BTV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və qardaşlıq ruhunda daha da möhkəmləndirilməsini nəzərdə tutan sənəd imzalanıb.
Müqavilə Azərbaycan–Özbəkistan əlaqələrinin yeni mərhələyə yüksəldilməsinə mühüm töhfə kimi qiymətləndirilir.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
@azpresident@HikmetHajiyev
BTV xəbər verir ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyev Prezident iqamətgahında media nümayəndələri ilə səmimi söhbət edib.
Görüş zamanı Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırıb, media nümayəndələri ilə fikir mübadiləsi aparıb.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə
@HikmetHajiyev
DAŞKƏNDDƏ PREZİDENT İLHAM ƏLİYEVİN RƏSMİ QARŞILANMA MƏRASİMİ OLUB
Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib. (https://t.co/TlpXiSHtIu)
BTV xəbər verir ki, Azərbaycanın dövlət başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb. Mərasim zamanı Azərbaycanın və Özbəkistanın dövlət bayraqları dalğalandırılıb, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçib, nümayəndə heyətlərinin üzvləri təqdim olunub və dövlət başçıları rəsmi foto çəkdiriblər. (Operativ Məlumat Mərkəzi)
İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüşlərin keçirilməsi, həmçinin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə bir sıra sənədlərin imzalanması gözlənilir. (https://t.co/Kat3NPT1rf)
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 Ətraflı: https://t.co/3BSYVmk5cx
#btv #btvxəbər #kəşfet #xəbərlər #sondəqiqə