Oxuyun, oxutdurun :)
Read “Ali Məhkəmənin “icra mümkünsüzlüyü” qərarında plagiat problemi və Türk hüququndan yanlış…“ by Cabir Aliyev on Medium: https://t.co/4MBVYcneRq
Hicab qadağası ilə bağlı bir məsələyə də diqqəti cəlb edim.
Bu qadağaya qarşı Konstitusiya mətnində ctrl-f edərək tapılan 25-ci maddə, yəni dövlətin dini əqidələr qarşısında neytral olması lazım gəldiyi arqumenti, əksinə qadağanı legitimləşdirən əsas ola bilər.
Dövlət məhz neytral olmaq öhdəliyini yerinə yetirmək üçün dini simvolların görünən formada dövlət məktəblərində nümayişkarənə istifadəsini qadağan edə bilər.
Aşağıda AİHM-in nisbətən yeni, 2024-cü il qərarında öz presedentinə istinad edərək hicab qadağasını məhz bu cür mühakimə ilə legitimləşdiriyini görürürük.
P.S. Açığı woke hərəkatından sonra AİHM-in hicab qadağasını haqlı görən presedentini dəyişə biləcəyini düşünmüşdüm. Amma 2024-cü ilə aid bu qərarda dəyişmədiyini görürük. Təəccübləndim...
Bir kişi durub ‘hicab bizim namusumuzdur’ deyirsə, hicab artıq dini etiqad azadlığının ifadəsi olmur, qadınlar üzərində dominasiya vasitəsidir onun üçün demək ki :)
35-40 yaşı adlamışların təsəllilərinə rast gəlirəm, müdrikləşdim və s. Halbuki, yaşlandıqca heç nə yaxşı olmur. Dostoyevski "Bəyaz Gecələri"in giriş cümləsində bunu çox sərrast təsvir edir: Möhtəşəm bir axşam idi; belə bir axşam insana yalnız gənc ikən nəsib olur, əziz oxucum.
@phdborge 150 əslində o qədər də çox deyil. CV göndərmək asandı, CV göndərməkdən o tərəfə əziyyət çəkmək istəməyənin bəlkə də işə o qədər də ehtiyacı yoxdur. Bəlkə :)
İş elanı verdim 150 CV gəldi(qız,təhsilli)
Sizə belə deyim hər 10 CV-dən
1-2 nəfər nömrəyi düz qeyd etməyir
3-4 nəfər telefona cavab vermir
Qalan 5-6 nəfərlə gün saat təyin edib müsahibəyə çağırısan, o 5-6 nəfərdən də max 2-si gəlir.
İş axtaran kütlənin belə məsuliyyətsiz olması
İndiki halında Zeynəb bənzəyirdi bir elə şəxsə, hansı ki, zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox? İçməsə dərd, qüssə və qəm onu öldürəcәk, içsə zəhər öldürəcәk. "Pəs məsləhət budur ki, içim" — deyib şüşəni çəkir başına.
𝐁𝐢𝐫 𝐩𝐥𝐚𝐠𝐢𝐚𝐭 𝐧ü𝐦𝐮𝐧ə𝐬𝐢 𝐯ə 𝐟ə𝐬𝐚𝐝𝐥𝐚𝐫ı
Bu yaxınlarda Ali Məhkəmə icra mümkünsüzlüyü/icra imkansızlığı ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdıran başqa bir qərarında Türk hüququndan təsirlənərək yenə bizim qanunvericiliyə görə heç bir əsası olmayan başlanğıcdakı mümkünsüzlüyün əqdin etibarsızlığı ilə nəticələnəcəyi barədə mövqe irəli sürüb. Bu qərarın başqa bir xüsusiyyəti isə ondan ibarətdir ki, qərarın əsaslandırma hissəsində Ali Məhkəmə heç parafraz etmədən paraqraf-paraqraf bir türk müəllifin kitabından olduğu kimi köçürmə etdiyi üçün artıq mövqenin mənbəyini də spesifik olaraq müəyyən edə bilirik.
𝐀𝐥𝐢 𝐌ə𝐡𝐤ə𝐦ə, № 𝟐(𝟏𝟎𝟐)-𝟑𝟗𝟓𝟑/𝟐𝟎𝟐𝟓𝟔𝟕 𝐬𝐚𝐲𝐥ı 𝐪ə𝐫𝐚𝐫, 𝐩𝐚𝐫𝐚𝐪. 𝟔𝟕, 𝟔𝟖
Bu səbəblər bir neçə növdə ola bilər: təbii (məntiqi) mümkünsüzlük; faktiki mümkünsüzlük; hüquqi mümkünsüzlük.
Təbii mümkünsüzlük öhdəliyin yerinə yetirilməsi imkanının məntiq və təbiət qanunlarına görə qəti olaraq ortadan qalxmasıdır.
Məsələn, heyvanın ölməsi, avtomobilin tamamən yanıb məhv olması.
Bu hallarda öhdəliyin obyekti olan həmin əşyalar sıradan çıxdıqlarından onlara dair icra da imkansızlaşır.
𝐅𝐢𝐤𝐫𝐞𝐭 𝐄𝐫𝐞𝐧, 𝐁𝐨𝐫ç𝐥𝐚𝐫 𝐇𝐮𝐤𝐮𝐤𝐮- 𝐆𝐞𝐧𝐞𝐥 𝐇ü𝐤ü𝐦𝐥𝐞𝐫, 𝟐𝟖. 𝐁𝐚𝐬𝐤ı, 𝐋𝐞𝐠𝐞𝐦 𝐘𝐚𝐲ı𝐧𝐞𝐯𝐢, 𝐀𝐧𝐤𝐚𝐫𝐚, 𝐬. 𝟏𝟏𝟕𝟒
İmkansızlık, tabiı (mantıki), fiili ve hukuki sebeplere dayana bilir.
Mantıki (tabii) imkansızlık, edimin mantık veya tabiat kanunlarına göre yerine getirilmesinin kesin olarak ortadan kalkmasıdır.
Örneğin atın ölmesi, arabanın yok olması, kapıların yanması gibi.
Bu hallerde artık edim konusu şey yok olduğundan, bunun yerine getirilmesi de mümkün olamaz.
https://t.co/6HcQCAJGgr
"Woke" ideologiyasının rekultavisiya edib yenidən virtual olaraq tədavülə buraxdığı linç mədəniyyətinin təsirləri, episentri sayılan Qərbdə ciddi əks-reaksiyalar doğurduğu üçün öləziməyə başlasa da bizim kimi dünyanı geridən izləyən cəmiyyətlərdə xüsusi ilə qadın-kişi münasibətləri kontektsində təkəm seyrək də olsa əlavə təkanlarla zaman zaman ərz-i əndam etməyə davam edir.
https://t.co/aercXRuwGv
Az.lıların övlad sevgisi barədə maraqlı bir statistika:
Boşanma zamanı əmlak mübahisələrində prinsipiallıq o qədər güclü olub ki, Kons. Məhkəməsinə (KM) gedib çıxan iş sayı 14-dür
Boşanma zamanı uşağın kimdə qalması, uşaqla ünsiyyət barədə KM-yə gedən iş sayı isə 0-dir