Keçən dəfə bir deputat deyir ki, göyərçinlərə yem verənləri cərimələmək lazımdır. Adamdan soruşarlar ki, bəs saxta yolla seçilənləri nə etmək lazımdır?
Əgər Rəsulzadə olmasaydı ya Əfqanıstan olardıq ya da elə bu mənzərəli hansısa cəmiyyət!
Qadının yanında böyük Rəsulzadə dayandı! Ona 1918-ci ildə seçmək və seçilmək hüququ verdi!
Dünənin ən sarsıdıcı xəbəri 1999-cu il təvəllüdlü bir gəncin öz atasını, anasını, qardaşını, bacısı və onun azyaşlı oğlunu qətlə yetirməsi oldu. Adam bu məmləkətdə yaşamağa qorxur.
Elçibəyin tarixdə ən çox sevdiyi şəxsiyyət Atatürk idi. Buna bir çox səbəb var. Ən əsasını deyəcəm. XX əsrdə bütün türk dövlətləri işğal edilərkən yalnız Türkiyə öz mövcudiyyətini qoruya bilmişdi! Bu Atatürkün xidməti idi. Sizin tarixdə ən çox sevdiyiniz şəxsiyyət kimdir?