Yoxsa kim dözərdi kim dözərdi kim
Zalımın zülmünə, haqsızlığına,
Tapdanmış sevginin əzablarına,
Acgöz hakimlərin əclaflığına,
Qansız nazirlərin sırtıqlığına,
Bunlardan əbədi qurtarmaq üçün
Bir xəncər zərbəsi kifayət ikən
Həyatın rəzalət yükü altında
Neçin sürünürük inildəyərək?