Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında ölkəmizin Təşkilatın daha bir Konvensiyasına qoşulmasına dair məlumat dərc olunub. 📰
➡️ https://t.co/IOV9ZuCYii
#ƏƏSMN#BƏT#ILO#BeynəlxalqƏməkKonfransı
📊 May ayında DOST mərkəzlərində 81 mindən çox vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğu 99,2 faiz təşkil edib.
Göstərilən xidmətlər arasında sosial müdafiə, məşğulluq və əlillik istiqamətləri üzrə müraciətlər üstünlük təşkil edib.
#ƏƏSMN#DOSTagentliyi
The Call for Applications for the 2026 European Social Services Awards (ESSA) is now open!
We encourage all people involved in social services to take part and be recognised for their contribution to more inclusive communities ↪️ https://t.co/PgNN4YPexQ
2026-cı il 1 may tarixindən etibarən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət stajdan asılı olmayaraq ümumi qazancın 100 faizi miqdarında ödənilir.
✅ Müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
#ƏƏSMN#DOSTAgentliyi
DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı və TuranBank ASC-nin tərəfdaşlığı ilə şəhid ailələrinin övladları üçün İsmayıllı rayonu və Şamaxı şəhərinə səfər təşkil edilib.
↪️ https://t.co/PmymmNP30v
#DOSTAgentliyi#KönüllüDOST#UşaqlarınBeynəlxalqMüdafiəsiGünü
Hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur.
➡️ https://t.co/6dRLdQ7RaX
#ƏƏSMN#SXA#HimayədarAilə
28 May - Müstəqillik Günüdür. 🇦🇿
Xalqımızı bu qürurverici gün münasibətilə təbrik edir, ölkəmizə sülh, rifah, firavanlıq və davamlı inkişaf arzu edirik!
#DOSTAgentliyi#28May#MüstəqillikGünü
Əziz dostlar! 🌙
Müqəddəs Qurban bayramı münasibətilə hər birinizə sağlamlıq, xoşbəxtlik, ruzi-bərəkət və firavanlıq arzulayırıq. Qoy bu əziz bayram evlərinizə sevinc, qəlblərinizə xoş duyğular və birlik gətirsin.
Bayramınız mübarək! ✨
#DOSTAgentliyi#Qurbanbayramı
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İmtiyazlı şəxslər mənzil növbəsi barədə məlumatı elektron qaydada https://t.co/htYOkne2aP portalı üzərindən ən qısa müddətdə öyrənə bilərlər. ✅
#ƏƏSMN#DOSTAgentliyi#SXA#mənziltəminatı