Əziz və hörmətli Mehriban xanım,
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizin yüksək humanizm ruhunuz, əzmkar fəaliyyətiniz və xalqımıza olan sevginiz hər kəsin qəlbində dərin izlər buraxır. Siz Azərbaycanın mədəniyyətini, təhsilini və sağlamlığını daha da inkişaf etdirmək üçün yorulmadan çalışırsınız. Bu xüsusi gündə Sizə sağlamlıq, xoşbəxtlik və yeni nailiyyətlər arzulayıram. Hər zaman sevgi və uğurla əhatə olunasınız.
Zaman ötür. İllər əsrlərə, əsrlər minilliklərə - tarixə çevrilir. Zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir.
20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar.
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Xayaların anomaliyaları - toxumluqların miqdar (anorxizm, monorxizm),
lokalizasiya (ektopiya, kriptorxizm) v�� ya quruluşlarının (hipoplaziya) pozulması
ilə müşayiət olunan kişi cinsiyyət sisteminin inkişaf qüsurudur. Simptomatika
rəngarəngdir - simptomsuz gedişatdan endokrin patologiyalara və sonsuzluğa
qədər. Diaqnostika obyektiv müayinə, ultrasəs müayinəsi, bəzi klinik hallarda
qanda kişi cinsiyyət hormonunun səviyyəsinin təyini ilə həyata keçirilir. Müalicə
patologiyanın növündən asılı olaraq seçilir; adətən, cərrahi müdaxiləyə, hormonal terapiyaya
üstünlük verilir.
#dranar #dranarməmmədov #anarməmmədov #anarmammadov #dranarmmadov #drmammadovanar