2002-ci ilin 5 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalayıb. Bu mühüm qərar
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid ideya
ətrafında birləşməsinə, onların milli kimliyinin qorunmasına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına və diaspor fəaliyyətinin dövlət tərəfindən əlaqələndirilməsinə xidmət
edən yeni mərhələnin başlanğıcı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19
noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Ulu öndərin
müəyyənləşdirdiyi strateji xətt bu gün uğurla davam etdirilir və ölkəmizin diaspor siyasəti daha üstün mərhələyə yüksəldilib.
Gücünü sözdə deyil, hərbdə göstərmiş Müzəffər Ali Baş Komandanımız, qalib Silahlı Qüvvələrimiz və onlara sahib şanlı xalqımız, bayramımız mübarək! ✌️🇦🇿✌️
Ölkəyə, xalqa və dövlətə əmin-amanlığın, sabitliyin, inkişafın, rəfahın, möhkəmliyin, qüdrətin gəldiyi, bütövlüyün, müstəqilliyin qorunduğu, Vətənin ağ günə çıxdığı tarix - 15 iyun. Milli Qurtuluş Gününüz mübarək!
Böyük düha, böyük insan, əvəzolunmaz lider, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyev tarix yaradan
şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın
müstəqilliyi dönməzdir və əbədidir. Xaricdə yaşayan azərbaycanlılar
Ümummilli Lideri ehtiramla yad edir.
#AzDiaspora
#DiasporKomitəsi
#UluÖndər #HeydərƏliyev #Azərbaycan #Azerbaijan
Dövlət Komitəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və xaricdəki Azərbaycan icmaları unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin ildönümünə həsr olunan çoxsaylı tədbirlər keçirir.
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #Azerbaijan
Dahi siyasətçi Heydər Əliyev bildirmişdi ki: “İdman, bədən tərbiyəsi Azərbaycan vətəndaşlarının həyat tərzinin mühüm bir hissəsidir”. Ulu öndərin əziz xatirəsinə həsr olunmuş minifutbol
turnirinin final mərhələsində çıxış etdik. Nazirlər Kabineti ilə Milli
Məclis komandaları arasında keçirilən oyun qurumlararası əməkdaşlığa töhfə verməklə bərabər, sağlam həyat tərzini təbliğ edir.
#AzDiaspora
#DiasporKomitəsi
#NazirlərKabineti
#MilliMaclis
#UluÖndər #HeydərƏliyev #Azərbaycan #Azerbaijan
✔️Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nguyen Trung Kien, Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang və mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dongla görüşüb. Görüşdə Azərbaycan Respublikasının Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə iştirak edib. Sədr Fuad Muradov Azərbaycan ilə Vyetnam arasında münasibətlərin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, eləcə də Azərbaycan icmasının Vyetnam cəmiyyətinə inteqrasiyası barədə fikirlərini bölüşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının həmrəyliyinə yönələn diaspor siyasəti haqqında məlumat verib, Azərbaycanın Qafqaz regionundakı nüfuzunu və beynəlxalq əlaqələrinin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. Müzakirələr zamanı Azərbaycanın yeni nəsil diaspora yönələn təşəbbüsləri böyük maraq doğurub. Eyni zamanda, Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətlərinin inkişafına mühüm töhfə verən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin işinə uğurlar arzulanıb.
✔️Within the framework of the visit to the Socialist Republic of Vietnam, Fuad Muradov Chairman of the State Committee on Work with Diaspora met with Nguyen Trung Kien, Chairman of the State Committee for Overseas Vietnamese Affairs, Le Thi Thu Hang, Deputy Minister of Foreign Affairs of Vietnam, Ta Quang Dong, Deputy Minister of Culture, Sport and Tourism. Ambassador Extraordinary and Plenipotentiary of Azerbaijan to Vietnam, Laos, and Cambodia Shovgi Mehdizada attended the meeting. Chair Fuad Muradov share his views on the perspectives of relations between Azerbaijan and Vietnam, the opportunities for cooperation within the framework of international organizations, as well as the integration of the Azerbaijani community into Vietnamese society. He provided information about the diaspora policy aimed at the solidarity of world Azerbaijanis under the leadership of President Ilham Aliyev, emphasizing Azerbaijan's influence in the Caucasus region and its contributions to the development of international relations. During the discussions, Azerbaijan's initiatives aimed at the new generation of diaspora attracted great interest. At the same time, success was wished for the work of the Vietnam-Azerbaijan Friendship Society, which makes a significant contribution to the development of the historically existing friendly relations between Azerbaijan and Vietnam.
https://t.co/2XYyOBVTx2
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #Azerbaijan #Vyetnam
Bu gün biz çox əlamətdar və tarixi bir hadisənin şahidi oluruq. Azərbaycanlı rejissor Əjdər İbrahimovun "Vyetnamda gördüklərim" kitabı Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə vyetnam dilinə tərcümə edilib və Hanoyda təqdimatı keçirilib. Vyetnamda kinematoqrafiyanın əsasını qoyan azərbaycanlı kinorejissor Əjdər İbrahimovla bağlı paytaxt Hanoyda keçirilən tədbirdə və sərgidə böyük coşqu yaşandı. Kinorejissorun “Vyetnamda gördüklərim” kitabının təqdimatı iki ölkə arasında mədəni münasibətlərin harmoniyasının təntənəsinə çevrildi.