@rrragima@Afshari_0205@fanatsatie İnanmırsa artıq öz seçimidir. Belə olsa hətta öz qızımla ata bala qarşı-qarşıya oturub çay içə-içə, deyib gülə-gülə səmimi fikir mübadiləsi apararıq, fikirlərimizi paylaşarıq. Çünki övladımın dünyaya necə bir baxışla baxdığı mənim üçün həyacanlı bir maraqdır.
@rrragima@Afshari_0205@fanatsatie Din aşılamağı elə qələmə verdin ki, sanki narkomaniya aşılayıram. Uşağa ona uyğun tərzdə din aşılanar və bunu sevgi dili ilə izah etmək lazımdır.
@ismayilzade062@Meherremli91 Sizin namazlarınız faydasızdır, evlilikləriniz qanunsuzdur, uşaqlarınız haramzadədir — nə qədər ki, torpaqlarınızda bir nəfər də rus qalıb. (Şeyx Şamil)
Bu etiraz edən də eyni məntiqlə öz dəyərini qoruyur. Belədəki düz deyir də.
@rrragima@Afshari_0205@fanatsatie Ola bilər, o da insandır hissini cilovlaya bilməyib, mənim də uşağım ola təhsilinə maneələr qoysaydılar, mən də əsəbi reaksiya göstərərdim.
Azərtac bunu el�� də yayır elə bil ağlı başında kiminsə buna görə fikri dəyişəcək..
Buna görə insanları qınayan elə dünəndən hakimiyyətin etdiyi hər alçaqlığın və ədalətsizliyin yanındadı onsuz da.
Ədalətin bitdiyi yerdə zorakılıq başlayır və bu aşağıların göstərdiyi zorakılığa, dövlətinizin illərdir etdiyi sərhədsiz zorakılıq qarşısında adamın dili belə gəlməməlidir zorakılıq deməyə.
Bəs ona görə də verilən təhsilin özündəki problemləri həll etmək lazım idi, geyim qadağası çıxarmaq yerinə. Bu gün məktəblərdəki biabırçı təhsil səviyyəsi göz önündədir. Əksər şagirdlər bu gün öz dərslərindən əlavə, repetitor yanına getmək üçün 400–500 AZN əlavə xərc çəkirlər.
Azərbaycanın gerbinin üzərində ərəbcə atəşlə "Allah" yazısı yazılıb və bayrağinda da hilal və yaşil rəng islam dinini təmsil edir. Belə şeylər adətən məktəbdə uşaqlara 1-ci sinifdə öyrədilirdi. Eyni zamanda biz bilirik ki, 100 il əvvəl Azərbaycan adlı xalqın və ölkənin tarix səhnəsində ortaya çixmasi birbaşa müsəlmanlar ilə əlaqəlidir. Belə ki, Cənubi Qafqaz seyminin 3 qurucu milləti erməni, gürcü və müsəlmanlar idi. Ermənilər Ermənistanı, gürcülər Gürcüstani, müsəlmanlar isə Azərbaycani qurdular. Bu İstiqlaliyyət Bəyannaməsində də yazılıb. "Cənub şərqi Zaqafqaziyanin müsəlmanlari Azərbaycan Cümhuriyyətini qurduğunu birbaşa bəyannamədə yazılıb. Yəni ölkəni müsəlmanlar qurub. Eyni şəkildə ölkəni müsəlmanlar qursa da ölkədə ermənilər, ruslar, ingilislər at oynadırdı. Nə oldu? Rəsulzadə Osmanlı xəlifəsinin xeyir duası ilə Qafqaz İslam Ordusu sayəsində Azərbaycana nəzarəti təmin etdi. Yəni həm qurucular müsəlmandir, həm də döyüşüb şəhid olanlar birbaşa islamı təmsil ediblər. Bütün bunları yazmaqda 2 məqsədim var. Biri ölkənin "dünyəvi" olduğunu bəhanə edərək islama hücum edənlərə (gedin Ərəbistana deyənlərə) olacaq, digəri isə bir şeyin mövcudluq səbəbinin ortadan qalxmasinin nələr ilə nəticələnəcəyini göstərmək olacaq.
1. Bu yazdıqlarım onu göstərir ki, islam və müsəlmanlar nəinki bu xalqın orta və qədim əsr kimliyidir. Həm də son 100 illik modern Azərbaycan dövlətinin kimliyidir. Dünyəvi qanunlar isə nə qədər ki, ehkam, doqma deyil və referendumlarla, parlamentlərlə, hökümətlərin dəyişməsiylə, yəni zamanla dəyişir buna mane deyil, çünki müvəqqəti xarakter daşiyir. Daimi olan kimlikdir ki bu da islamdır.
2. Azərbaycan adlı ölkənin mövcudluq səbəbi yuxarıda göstərdiyim kimi islamdır. ��gər mövcudluq səbəbini aradan qaldırsan belə bir ölkə tarixdən silinər. Çünki istənilən bir şey öz mövcudluğunu borclu olduğu şeyə görə yaşayir. Azərbaycan da mövcudluğunu islam kimliyindən götürür və buna qarşi kim mübarizə aparırsa birbaşa Azərbaycanin mövcud olmasına qarşi mübarizə aparır. İnsanin inancı müxtəlif ola bilər, bu başqa məsələdir lakin yaşadiğin ölkəni mövcud edən şeyə hücum edirsənsə deməli ölkənin özünə hücum etmiş olursan.
Uşaqlarin fitrəti təmiz olur. Buna görə də uşaqlar bir şeyi ürəkdən istəyirsə bunu heç bir inzibati metodlarla məhdudlaşdirmaq mümkün deyil. Və uşaqlar bizim gələcəyimizdir. Onların göz yaşlarina səbəb olanlar varsa Allahdan qorxsunlar.