Şırhaşır yağışlı bir Şənbə günü. Səhərin gözü açılmamış yuxudan durmaq, yağışı dinləmək, o bitəndə Youtube listimi dinləmək.
Nostaljiyə qapılmaq, düşüncələrlə birgə yenidən yuxuya getmək.
Hər şeyin, xüsusilə də, karyeramın olacaqmış kimi görünüb amma heç nə olmaması nəyə işarədi? Bu şanssızlıq nədə özünü kompensasiya edəcək?
Əşi təki sağlıq olsun
Xavierin xarizması onun yaraşığından deyil, xarakterindən, düşüncəsindən irəli gəlir. Qəzza hadisələrinə mövqeyindənmi danışaq, ölkəsindəki qadın cinayətlərinə həssas yanaşmasındanmı, yoldaşı ilə münasibətindənmi danışaq, yumor hissindənmi)
Allah uzun ömür versin dayımıza