"Eynşteynin penisi" kişilər arasında geniş yayılmış bir fenomendir. Yeni videomuzda bu haqda daha ətraflı danışdıq.
Xoş izləmələr!
https://t.co/1OMHPC4H4z
Zahra Kalantari, the advocacy officer of the IRFS, provides information about the imprisoned female journalists in Azerbaijan and the specific challenges they face - UN office, Geneva
Qanunsuz həbs olunan jurnalist Ülviyyə Əli Fem-Utopia ilə də sıx əməkdaşlıq edirdi və feminist mübarizəyə daima öz töhfəsini verirdi. İzləyicilərimiz bu məktub forması vasitəsilə Ülviyyə Əliyə öz dəstək sözlərini və arzularını çatdıra bilərlər.💜
https://t.co/MhFo70PUC0
Əgər Azərbaycandan kənardasınızsa və olduğunuz şəhərdə 8 mart yürüşünə çıxmağı planlayırsınızsa, bu posteri çap edib yürüşdə nümayiş etdirməklə həbsdəki qadınlara dünya ictimaiyyətinin diqqətini çəkə bilərsiniz.
Lütfən, fotolarınızı heşteqlə paylaşmağı unutmayın!
#8women8march
Azərbaycanda və ölkədən kənarda yaşayan hər bir şəxs üçün elan!
Əziz yoldaşlar! 8 mart - Əməkçi Qadınlar Günündə 8 qadın öz peşə fəaliyyətinə görə həbsdədir. Biz onların mübarizəsinə diqqət çəkmək məqsədilə bu onlayn kampaniyanı elan edirik. ⬇️
Əgər siz Azərbaycanda yaşayırsınızsa, gördüyünüz bu posteri çap edərək və ya kompüterinizin ekranına yerləşdirərək foto çəkdirib, 7-8 mart tarixlərində #8Women8March heşteqi ilə öz sosial şəbəkə hesablarınızda, story-lərinizdə bölüşə bilərsiniz. ⬇️
Meydan TV-nin həbsdə olan qadın jurnalistlərinin Fem-Utopia izləyicilərinə mesajı var!
Yeni videomuzda siz həm də onların bioqrafiyasıyla tanış olacaqsınız və peşələrini yerinə yetirərkən üzləşdikləri çətinliklərdən xəbərdar olacaqsınız.
Xoş izləmələr!
https://t.co/pjSjXCiWzA
Əziz izləyicilər!
Filmimizin sabahkı nümayişində məkan dəyişikliyi etməli olduq. Yeni ünvan: Landmark Baku 3, Nizami küçəsi 90A, 1-ci mərtəbə.
Gün və saat isə əvvəlki qaydada qüvvədədir.
Hər kəsi sabah 19.00-da yeni ünvanda gözləyirik!
https://t.co/E05ZdnZVAM
Əziz izləyicilər!
Sizi "Orda bir möcüzə var" qısa filminin nümayişinə dəvət etməkdən məmnunuq! Film Şəkidə yaşayan İlhamə Hüseynovanın həyat hekayəsini və mübarizəsini nəql edir.
Vaxt: 26 noyabr, saat 19.00
Ünvan: Salaam Cinema Baku, Süleyman Rüstəm 10
https://t.co/ybcWBVclp8
BDSM nədir və feministləri niyə iki cəbhəyə ayırır?
Bu və başqa bölücü mövzular haqqında materialımızın ikinci hissəsini izləyin!
https://t.co/zkxgmEWTRQ
"Analıq cəriməsi" nə deməkdir? "İkinci növbədə" ən çox kimlər işləyir? "Reproduktiv əmək" deyəndə nə başa düşürsünüz? Bu və başqa terminlərin izahı Gülarə İsmayılovanın təqdimatında.
Xoş izləmələr!
https://t.co/Ua2Mv4hCJZ
Bəlkə də çoxlarınız bu həyat tərzini yaşamısınız və ya yaşamaqdasınız 😍
20-ci əsrdə patriarxal sistemlə mübarizə aparan “Yeni qadının” həyat tərzi olan Boston nikahı haqda daha ətraflı yeni videomuzda:
https://t.co/376vXMUeeI
Feminist kriminologiyada iki əsas nəzəriyyə var: karseral feminizm və abolisionist feminizm. Bugünkü mövzumuz karseral feminizmdir. O, dünyada geniş yayılsa da, heç də bütün feministlər tərəfindən birmənalı qarşılanmır.
Daha ətraflı videomuzdan izləyin!
https://t.co/XDoBH6dzuj
Abzas Media-nın jurnalisti Nərgiz Absalamovanın həbsindən 85 gün ötür. Nərgiz feminist hərəkatın da aktiv dəstəkçilərindən biridir. Onun fəaliyyəti haqqında daha ətraflı bu videodan izləyin.
https://t.co/mjC0YnBe0K
Bu dəfə Bakı sakinlərindən soruşduq: "Sizcə, niyə dünyada qadın prezidentlər, demək olar ki, yoxdur?"
Bir-birindən fərqli cavabları yeni videomuzda izləyin!
https://t.co/cDeWmUmmJq
Azərbaycanda həm translar, həm də seks işçiləri həssas qrupa aiddir. Amma ölkəmizdə seks işçiliyi edən trans qadın olmaq daha da çətindir. Müsahibimiz Həyat yaşadığı təcrübələrdən və problemlərdən bizim üçün danışdı. Xoş izləmələr!
https://t.co/YibnhujM2p
Bahalaşma dönəmində çox vaxt ailə büdcəsinə qənaətin məsuliyyəti qadının üzərinə düşür. Bu dəfə biz qadınlardan soruşduq ki, qənaət edə bilirlərmi? Qənaətə ehtiyacları varmı?
28 May və Yaşıl Bazar ərazisində fərqli cavablar eşitdik.
Xoş izləmələr!
https://t.co/qHXGvwncpv
Bakı sakinlərindən soruşduq: "Gecələr küçədə olarkən ən çox nədən qorxursunuz?" Bu suala qadınlar və kişilər fərqli cavablar verdi.
Xoş izləmələr! 💜
https://t.co/kv3VU0JGZc