Bu gün səhər gedib müdirə deyirəm ki yoxladım hər şey qaydasındadır lövhəni imzalamalıyam amma cədvəldə 15 yazılıb.Onu düzəldə bilərsi...... deyirdim ki dərhal aa 15 sentyabrdır bu gün? dedim.Bir birimizə baxıb güldük....
15 sentyabr özəlliyini itirəli 2 il olur...
2 il əvvəl sahildə bir dənə müxbir və kameramana reportaj vermişdim verilişlərimiz haqqında o qədər özgüvənli idim ki kanalı belə soruşmamışdım.O müsahibədən səs gəlmədi ahhaah Gibi səhnəsi yaşandı Bir gün vəzifə sahibi olsam o kadrlar ortaya çıxsa çox gülərəm
- almanı sevirsən?
-heç sevmirəm
- niyə axı çox faydalıdı
- 7/24 4 fəsil var heç özünü gözlətmir həmişə var deyə heç sevmirəm
Dərin səssizlik...
Ne tür bir insanla qarşılaşdığının fərqinə vardığı o an...
Həyatımdaki zoraki münasibətlərdən toksik insanlardan qurtulduğum üçün dəhşət şanslı hiss edirəm.Yəqin illər sonra da bu fikrimi dəstəkləyəcəm birini tanımaq istəyirsənsə "ilerlemeye devam et"
Mahnı sözü "tüm suç bende" olduğu halda neçə vaxtdır "tüm suç sende" deyə özüm üçün oxuyuram.Dünən anidən fərqinə vardım ki tüm suç bende deyir.Şüuraltım necə kodlanıbsa eşitdiyini də dilə gətirə bilmir
Bu gün anladım ki tək yaşayanda 7/24 "me time" etməli oluruq.Hələki başqa ölkədə yaşayırsansa, sosial çevrə anidən sıfıra düşübsə, normal həyatımızda çətinliklə yaratdığımız "me time" yerini əsla tuta bilmir
Söhbət əsnasında anam dedi ki sənin kimi olmaq onlara sərf etmir deyə səni haqlı görmürlər yanlış olduğu halda qarşı tərəfə dəstək göstərirlər. Başımın üstündəki lampaların hamısı o an yandı
Çox tez heçnə olmamış heçnə hiss etməmiş kimi davrana bilmək qəribə hissdir.İnsan olaraq çox münasibət bitiririk bu dəfəki mənim üçün çox cool idi çünki 2-3 gün sonra ölkəni tərk elədim. Məncə belə fürsət bir daha olmayacaq
2 həftə əvvəl beynimi işlətmək istəmədiyim yerdə olmaq istəyirdim.
Vizamın təsdiqlənməsi ilə nəinki düşünmək hətta kassirin işini belə mən həll edirəm.