Məncə, süni intellekt barədə ən çox qorxmalı olduğumuz məqam insanların öz emosional yazılarını da ChatGPT ilə yazmalarıdır. Çünki bu, bir yerdən sonra özünün ən dərin duyğularını belə ifadə edə bilməmək deməkdir.
Həbsxana kamerasında yaşlı kişini əmizdirən gənc qadının bu tablosu 30 milyon avroya satılıb. Rəsmin tarixçəsi olduqca maraqlıdır.
#sənət#tarix#art#History
🔻
“Bikini” adı ABŞ-ın nüvə sınaqları keçirdiyi Pasifik okean adası olan “Bikini Atoll”dan götürülüb.
Bu çimərlik geyimi öz dövrü üçün inqilabi idi, sosial normalara meydan oxuyurdu. O tez zamanda populyarlıq qazandı və dünyada mədəni dəyişikliyin və azadlığın simvoluna çevrildi.
İkinci Dünya Müharibəsindən sonra Fransadakı mədəni dəyişiklikləri araşdırarkən qarşıma çıxan məsələni sizlə bölüşmək istəyirəm.
Bu dövrdə ən maraqlı məqamlardan biri 1946-cı ildə “bikini” üzgüçülük paltarının yaranmasıdır. Onu ixtira edən Fransız mühəndis Louis Reard idi.
🔻
Sən bu sərbəst göylərin sərbəstcə ulduzusan,
Qayğısız bir ölkənin qayğı bilməz qızısan.
Sərbəstdir alnındakı qıvırcıq tellərin də,
Sərbəstdir sənin kimi gün görmüş ellərin də.
Elə isə bir də coş, səsin düşsün dağlara.
Sən kimdən çəkinirsən?
Qız hara, susmaq hara?
@clausewitzpasha Təbii ki, problemdir. Düşmən kimdir? Niyə düşmən? Tələbəyə düşünməyə icazə vermək lazımdır. Fərq etmir, bu tərz harada istifadə olunur, yanlışdır.
"Niyə?" sualına cavab sadədir, çünki bu "müəllif"lərə "tarix necə yazılmalıdır?" sualı maraqlı deyil.
Oxuduğumuz Azərbaycan dilində olan tarix dərslikləri öyrənmək üçün vasitə yox, propaqanda aləti, kimlərinsə təxəyyülünün məhsuludur.
Tərəfsiz olmalı olduğumuz mövzuda belə bizə məcburən bir tərəf seçdirilir – düşünməyimizə icazə verilmir, bizim yerimizə qərar verilir, tənqid edilir və nəticəyə gəlinir. Bir tərəfə "saflar", digər tərəfə "düşmən" damğası vurulur.
🔻
Ağlasam sesimi duyar mısınız,
Mısralarımda
Dokunabilir misiniz,
Gözyaşlarıma, ellerinizle?
Bilmezdim şarkıların bu kadar güzel,
Kelimelerinse kifayetsiz olduğunu
Bu derde düşmeden önce.
Bir yer var, biliyorum
Her şeyi söylemek mümkün
Epeyce yaklaşmışım, duyuyorum
Anlatamıyorum.
@mammadlikamran1@arazabbasli@giyasibrahim İfadə azadlığı olmalıdırsa, hər kəsə olmalıdır. Prinsipial olmaq lazımdır - hökumətdən və ya ixtiyari YAP-çıdan fərqli olaraq.
Partiyaların “bizim xəbərimiz yox idi, seçki qərarını gözləmirdik” demələri ciddi yanaşma deyil, bəhanə heç deyil. Əgər sən seçkiyə qatılırsansa, hələki də rəqibin Əliyevdirsə, buna keçən ildən hazır olmalı idin, deyilsənsə, demək seçkini yola vermək üçün qatılacaq, ya da “sifariş”lə addım atacaqsan.
“Seçki nəyisə dəyişməyəcək”. Bəli, bilirəm, nə edək?
Bu seçkiyə əvvəlcədən hazırlaşan tək “III Respublika Platforması” oldu. Tərkibi, bəyənib, bəyənməməyiniz qalsın bir kənara, indi sağ-sol davası edəcək, ideologiya meydanına dönəcək günümüz yoxdur.
Bölünərək nəsə olmayacaq, var olan bir insanları bir araya toplamaq lazımdır. Bunun üçünsə, birləşmək vaxtıdır. Özünə “müxalifət” deyən partiya, təşkilat və şəxslər yeni nəsə yaratmaqla həm vaxt itirməməyə sərf etməkdənsə, birləşməyi seçməlidir. İtirəcək günümüz, bir nəfər də olmamalıdır. İmza toplamaq, seçki kampaniyası ağır keçəcək. Həmçinin bu bütün ölkəni əhatə etməlidir, Bakı ilə kifayətlənməməliyik. Partiyalar dəstək olaraq müşahidəçi, təbliğatçı dəstəyini təmin edə bilər.
İllərdir nə seçki olur, nə qatılan. Boykotun da başını buraxın. Nəticəsi nə olacaq o sonranın işidir, amma bu gün yolumuzu birləşməkdən seçməliyik. Sevmədiyimiz insanla da olsa, yanaşı durmalıyıq. Əgər eyni şeyi istəyiriksə.
“Niyə məhz platform tərkibində seçkiyə qatılmalıyıq?” sualına isə sadə cavab verəcəm. Yenidir, ənənəvi müxalifətdən fərqlidir. Hakimiyyət onları nədəsə günahkar görməyəcək, insanları ondan uzaq tutmaq çətin olacaq. Bu müddətdə yeni şəxslər qazanmaq, cəmiyyətə ümid qazandırmaq olar.
Seçkiyə bölünərək deyil, bir girməliyik. Bunu ya platformun ��ıxaracağı namizədlə, ya onların da dəstəkləyəcəyi vahid namizədlə çıxmaq lazımdır.
Bu mənim şəxsi fikrimdir, amma yaxşı düşünün. Bu bizim sonuncu şansımız deyil, artıq şansımızı itirmişik, 0-dan davam etmirik, 0-a çatmaq üçün çalışırıq.
@JoshgunGafarov Düşünürəm ki, səbəb "vəkili istəməmək" deyil. Hər halda, təzyiq və işgəncəyə məruz qaldığı, imtina etməsə, yenə qalacağı üçün belə bir şey edib.