Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramı çərçivəsində Baş katiblər üçün təkmilləşdirmə kursu başa çatmışdır🤩
Təkminləşdirmə kursunda Gənclərin İnkişafına Dəstək İctima Birliyinin strukturla iş üzrə meneceri İlham Əmrahov iştirak etmişdir
#GİD2023
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan -Estoniya oyununda Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin Milli Holigans futbol üzrə Azərbaycan Milli Komandasının fan-klubunun 600-dən çox üzvü iştirak edərək, millimizə dəstək olmuşdur.
#gid2023
31 may - 5 iyun tarixlərində Şəki şəhərində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma düşərgəsi keçirilmişdir.
Gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilən düşərgədə təşkilatmızın strukturla iş üzrə meneceri İlham Əmrahovda iştirak etmişdir.
Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya yeni üzv seçilib.
Təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!
18 May -Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin Səməd Vurğunun Ev Muzeyi, Təbiət Tarixi Muzeyi və Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil olunub.
#GİD2023#beynəlxalqmuzeylərgünü
Bu gün Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Ulu öndər Heydər Əliyevi dərin hüzn, böyük sevgi və ehtiramla anırıq!
#HeydərƏliyev100
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzvlərinin növbəti Məclisi gənclər paytaxtı Mingəçevirdə keçirilmişdir.
Tədbirdə keçirlən səsvermədə Gənclərin İnkişafına Dəstək İctimai Birliyi, assosiativ statusda üzvlüyə qəbul olunub.
Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafına Dəstək Mərkəzinin inkişaf və maraq klublarına sədr seçkilərinə start verilir.
Qeydiyyatdan keçmək üçün linkə daxil olun
✅https://t.co/XpDDgWIv23
📲Əlaqə üçün:
+994 50 738 04 75
Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin nəzdində Gənclərin İnkişafına Dəstək Mərkəzi fəaliyyətə başlayır. Mərkəz özündə 15-dən çox inkişaf və maraq klublarını birləşdirəcək.
#GİD2023#GənclərinİnkişafınaDəstəkMərkəzi
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 24 il keçir.
Qəhrəman hərbçilərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Sizinlə qürur duyuruq!🇦🇿❤️
#GİD2023#xüsusitəyinatlıqüvvələr
Gənclərin İnkişafına Dəstək İctimai Birliyi və Şəfa Futbol Klubunu (@fcshafa )birgə təşəbbüsü və təşkilatçılığı ilə 17-23 yaş arası gənclər arasında ulu öndər Heydər Əliyev ilinə həsr olunmuş futbol turnirinin qeydiyyat mərhələsi başa çatmışdır.
#GİD2023#futbol
Bu gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən ordumuzun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Vətən başın sağolsun!
Ruhunuz qarşısında baş əyirik!
#Gid2023#şəhidlərimiz
Aprel döyüşləri tariximizə qızıl hərflərlə yazıldı. Apre döyüşləri Böyük Zəfərimizin başlandığı gün idi.Bu gün Azərbaycan xalqı,zəfər qazanmış xalqdır!
Bütün şəhidlərimizi hörmət və ehtiramla anırıq!
#GİD2023#AprelZəfəri
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İdeyanı reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsində qalib olan “Yaradıcılığın danışsın” layihəsi uğurla başa çatmışdır.
Azərbaycan Respublikasının Gənclər Fondunun ( @youthfundaz )maliyyə dəstəyi Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İdeyanı reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsində qalib olan “Yaradıcılığın danışsın” layihəsi davam edir.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İdeyanı reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsində qalib olan “Yaradıcılığın danışsın” layihəsi davam edir.
#GİD2023