Baku Today. Race, religious belief, age or descent do not matter for us. What matters is the liberation of our lands that we all consider home ♥️ It is a true example of #multiculturalism and national solidarity, it is #Azerbaijan! 🇦🇿 #Susha#KarabakhisAzerbaijan
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı tərəflər arasında cari əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə Sian Şiyou Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və elmi-akademik heyətin qarşılıqlı mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb.
Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib.
Ətraflı: https://t.co/JgTHbzMHcp
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.
Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!
Müstəqillik Gününüz mübarək!
#ElmvəTəhsilNazirliyi#MüstəqillikGünü#28May
A Baku per rafforzare una partnership strategica che per l’Italia ha un valore concreto e di lungo periodo.
Con l’Azerbaigian vogliamo consolidare una cooperazione già molto importante su energia, sicurezza, connettività, investimenti e dialogo politico, trasformandola sempre di più in opportunità concrete per le nostre Nazioni.
In un tempo complesso come quello che stiamo attraversando, è fondamentale tenersi strette le certezze. E la relazione tra Italia e Azerbaigian è una di queste.
Конзуларне консултације Министарства спољних послова Републике Србије и Министарства спољних послова Републике Азербејџан, које су предводили в.д. помоћника министра за конзуларне послове амбасадор Наташа Рашевић и начелник Департмана за конзуларне послове Емил Сафаров, одржане су данас у Београду.
Посебно је посвећена пажња и размењена су искуства у погледу дигитализације конзуларних услуга употребом модерних информационих технологија, као и у области законодавства и примене прописа који се тичу миграција, са посебним освртом на радне миграције.
🇷🇸🤝🇦🇿
📄⬇️
🔗https://t.co/YvjZBrfNl2
✅ Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistanın Aşqabad şəhərinə səfər edib.
✅ Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib.
✅ Çıxışı zamanı Firudin Qurbanov şagirdlərin inkişafında intellektual oyunların və bilik yarışmalarının rolunu xüsusi vurğulayıb.
Ətraflı: https://t.co/Li2ye8u1KX
#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
✅ Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb.
✅ Görüş çərçivəsində hər iki ölkədə son zamanlar təhsil sahəsində aparılan islahatlar haqqında fikir mübadiləsi aparılıb, nəticələr, problemlər, onların həlli yolları ilə bağlı təkliflər, eləcə də təhsil sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.
#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
✅2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
✅Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.
✅Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.
Ətraflı: https://t.co/6bP0RUBqOF
#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #EATDA
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərindəki baş qərargahında Suriya Ərəb Respublikasının təhsil naziri Mohammed Abdulrahman Turko və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə birgə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzaladıq.
Bu təşəbbüs Suriyada uşaqlar, həmçinin gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək.
****
At the headquarters of the Islamic World Educational, Scientific and Cultural Organization (ICESCO) in Rabat, we signed the “Strategic Partnership Agreement on the Restoration of Educational Infrastructure in the Syrian Arab Republic” together with the Minister of Education of the Syrian Arab Republic, Mohammed Abdulrahman Turko, and the Director-General of ICESCO, Salim bin Mohammed Al-Malik, on behalf of the Ministry of Science and Education of the Republic of Azerbaijan and the Ministry of Education of the Syrian Arab Republic.
This initiative will contribute to the establishment of a safe, modern, and high-quality educational environment for children and young people in Syria.
Ötən gün İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə təşkilatın baş qərargahında görüşdük.
Görüşdə iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq.
🇦🇿🤝 Dr. Salim AlMalik, #ICESCO DG, met with Mr. Emin Amrullayev, Minister of Science and Education of the Republic of Azerbaijan, to discuss ways to enhance cooperation in scientific research and knowledge exchange between ICESCO Member States and Azerbaijan.
🔗Read more: https://t.co/mOUM1fMnFY
@SalimAlmalik@EminAmrullayev@tehsilgovaz@NazimSamadov
Mərakeş Krallığının ali təhsil, elmi tədqiqat və innovasiya naziri Azeddin Əl Midaui ilə görüş çərçivəsində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.
Saziş ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbə mübadiləsinin həyata keçirilməsini, həmçinin elmi və ali təhsil müəssisələri arasında birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur.
Mərakeş Krallığına səfər çərçivəsində bu ölkənin Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Təlbi Alami ilə görüşdük.
Görüşdə elm və təhsil sahəsində ölkələrimiz arasındakı cari əməkdaşlıq və nəzərdə tutulan təşəbbüslər barədə müzakirələr apardıq.
Fevralın 12-də elm və təhsil naziri Emin Əmrullayev İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmy ilə görüşüb.
Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı
17 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında sayca ikinci konsulluq məsləhətləşmələri keçirilib.
https://t.co/My3H4EA6Nh