Bu gündən etibarən #KOBİA-nın səlahiyyət müddətinin başa çatması ilə birlikdə, mənim də qurumdakı rəhbər vəzifəm sona çatmışdır.
#KOBİA-da keçirdiyim 8 il, ümumilikdə isə İqtisadiyyat Nazirliyində 20 illik fəaliyyətim ərzində mənə Vətənimə xidmət etmək imkanı yaratdığına görə Hörmətli Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da sağlamlığım imkan verdikcə ölkəmə xidmət etməyə davam edəcəyəm.
Vəzifədə çalışdığım müddətdə adlarını bir-bir sadalaya bilməyəcəyim çox sayda həmkarımın, sahibkarların dəstəyini və dostluğunu gördüm. Hər birinə təşəkkür edirəm. Uca Allah qismətimizi, yolumuzu və gələcəyimizi daim açıq etsin.🤲
Kiçik sahibkarlar regionlarda yerli istehsalın inkişafına töhfə verirlər.
📍Oğuz rayonuna səfərimiz zamanı Padar kəndində 'Oğuz Panel' MMC-yə məxsus mebel istehsalı müəssisəsində olduq. Sahibkarla biznesin böyüməsi üçün dövlət dəstəyi alətlərinə dair fikir mübadiləsi apardıq.
Sahibkarlarla növbəti görüşümüz
📍Oğuz rayonunda baş tutdu. Regionda biznesin inkişaf imkanlarını və dövlət dəstəyi mexanizmlərini sahibkarlarla müzakirə etdik. Belə görüşlər #sahibkar-dövlət əməkdaşlığını daha da gücləndirərək bölgələrin davamlı inkişafına töhfə verir.
Əvvəli rəhmət, ortası bağışlanma, sonu nicat olan mübarək Ramazan ayı başa çatdı. #RamazanBayramı münasibətilə təbrik edirəm! Allah dualarınızı və orucunuzu qəbul etsin, süfrələriniz bərəkətli olsun. Paylaşma və xeyirxahlıq ayı olan növbəti Ramazana qovuşmağı Allah nəsib etsin!🤲
Bu mübarək #Ramazan ayında ənənəmizi yaşadaraq #KOBİA kollektivi və sahibkarlarımızla iftar süfrəsi ətrafında bir araya gəldik. Bir süfrədə bərəkəti, birlik ruhunu və səmimiyyəti bölüşdük — dualarımız niyyətlərimizə, həmrəyliyimiz isə yeni uğurlara yol açsın. 🌙🤲🏻✨
2026-cı il fürsətlərlə və nailiyyətlərlə zəngin bir il olsun! Yeni il ölkəmiz üçün yeni uğurlar, xalqımız üçün daha çox sevinc gətirsin. Hər kəsə sağlamlıq, xoşbəxtlik və ruzi-bərəkət dolu il arzulayırıq.
#Yeniİl ✨
#KOBİA-nın 8 yaşı tamam olur.
Bu illər ərzində böyük bir komanda, güclü ruh və minlərlə sahibkarın taleyinə toxunan bir yol keçdik.
Əməkdaşlarımızla bir araya gəlib ötən illəri xatırladıq, uğurlarımızı bölüşdük və qarşıdakı ilin hədəflərini müəyyən etdik.
Hər bir komanda üzvünə səmimi təşəkkür edirəm — sizin əməyiniz, sədaqətiniz və inamınız bu qurumu bu gün olduğu yerə gətirdi.
Qarşıda bizi daha böyük məqsədlər və ölkəmizin iqtisadi rifahı naminə uğurlar gözləyir.
Türkiye Cumhurbaşkanı Yardımcısı Sayın Cevdet Yılmaz’ın @BakiKOBevi mizi ziyareti bizleri onurlandırdı. Nazik ziyaretleri ve KOBİ’lerin gelişimine verdikleri güçlü destek için kendilerine teşekkür ediyor, iş dünyamız adına memnuniyetimizi ifade ediyorum.
Avropa İttifaqının dəstəyi ilə hazırlanmış "Aİ #biznes mühiti hesabatı: Azərbaycan 2024"-ün nəticələrinə əsasən #KOBİA-nın effektivlik baxımından birinci yerdə qərarlaşması, ölkəmizdə KOB sektorunun inkişafına sistemli və ardıcıl yanaşmanın beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. 🇦🇿
Bu qiymətləndirmə, KOB evləri və KOB dostları modeli də daxil olmaqla, göstərdiyimiz xidmətlərin təsirini və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş institusional səylərin uğurla nəticələndiyini təsdiq edir.
Azərbaycanda KOB ekosisteminin daha da güclənməsi üçün fəaliyyətimizi eyni məsuliyyət və qətiyyətlə davam etdirəcəyik.
#BusinessClimate2024 #EUReport
Happy to announce that on October 7–8, 2025, Baku will host the second #Azerbaijan Halal #Business Forum (#AZHABForum). The main goal of the Forum is to promote #trade and #investment in the region, strengthen economic relations.
Bu gün–Beynəlxalq Mikro,Kiçik və Orta Sahibkarlar Günü,təkcə qlobal deyil, ölkəmizin sahibkarları üçün də xüsusi gündür!Ölkəmizin çalışqan və vətənpərvər sahibkarları iqtisadiyyatımızın dayağı,inkişafımızın lokomotividir.Əmək və əzmlə yazılan uğur hekayələriniz davam etsin! #MSMEday
Effektiv idarəçilik, vətəndaş məmnuniyyəti və etimad peşəkar dövlət qulluqçularının fədakar fəaliyyəti ilə formalaşır. Bu şərəfli və məsuliyyətli missiyanı icra edən dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edir, xalqımıza xidmət yolunda uğurlar arzulayırıq! 🇦🇿
Qurban Bayramı—sadəcə bir bayram deyil,sevginin,sədaqətin və Allaha bağlılığın zirvəsidir. Paylaşdıqca böyüyən xoşbəxtlik,bölüşdükcə artan bərəkət bizə əsl bayramın mənasını xatırladır. Qoy bu mübarək gün qəlbimizi və ruhumuzu sevgi ilə doldursun. Bayramınız mübarək olsun!
🌙🕊️💫
Biz dünya çempionu olduq! 🇦🇿🇦🇿🇦🇿
Bu, sadəcə bir qələbə deyil — bu bir xalqın göz yaşlarıyla, dualarıyla, inamıyla yazdığı möcüzədir.
Unudulmaz hisslər içindəyik… Bütün azarkeşlərə təşəkkür edirik! Bu tarix bizimdir, bu sevinc bir millətindir!
Bu xəyal bitməz!!!❤️🏆🇦🇿
28 May - Müstəqillik Günü Azərbaycan tarixinin şanlı və parlaq səhifələrindəndir. 1918-ci ilin bu günü Türk və İslam dünyasında ilk dünyəvi, demokratik və parlamentli respublika elan edildi.
Müstəqillik günümüz mübarək! 🇦🇿
#28May#MüstəqillikGünü
Millimiz tarix yazdı!Dünya çempionu Rumıniya qarşı 1/8 finalda qazandığımız qələbə qürurumuz,iradəmiz və əzmimizin nəticəsidir.Bu komanda sadəcə oynamır–xalqın ruhunu meydanda yaşadır!İndi isə növbəti mərhələyə doğru,inamla,qürurla irəli,Azərbaycan!Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm!🇦🇿✊🏼
Bu gün riskə atılan arzuların, qurulan işlərin, yorulmadan çalışan əllərin bayramıdır. Vətən iqtisadiyyatının təməlində dayanan, hər çətinliyə baxmayaraq irəliləyən sahibkarlarımız – siz ölkəmizin cəsur qəhrəmanlarısınız! Hər birinizi ürəkdən təbrik edirik! Uğurunuz daim olsun!