Hakimiyyətin müxalifətlə siyasi dialoq aparmağa nə mənəvi, nə də siyasi haqqı yoxdur. Bu qədər işgəncələrdən, korrupsiyadan, yarıtmazlıqdan sonra, heç nə olmamış kimi, bu adamlara güzəş edib bir masada oturmaq olmaz. Mövqe bir olmalıdır, getməlidirlər!
Əli Əhmədova 2015-ci ildə zəng etdim, "Azadlıq qəzeti" eşidən kimi telefonu söndürüb, nömrəmi blocka atdı. Bir dəfə də bu yaxınlarda "Marriott" oteldə bir tədbirdə yaxınlaşdım sual verməyə, tez girdi liftə, aralaşdı. İndi özünə feysbuk hesabı açıb, bu gün orda da block etdi 🙂
Siyavuş Novruzov arxivlərin açılmasının zəruriliyindən danışıb. Məncə də, arxivlər açılsa, hər şey aydınlanar, hər kəs bilər ki, Siyavuş Novruzov siyasi karyerasına Əbülfəz Elçibəyin mühafizəçisi (Cangüdəni) kimi başlayıb 🙂
Siyavuş Novruzov deyir ki, uşaqpulun o ölkələrdə verirlər ki, orda uşaq dünyaya gəlmir. Nə dərdə düşmüşük e, bu adam 21-ci əsrdə, müstəqil Azərbaycanın hökumət təmsilçisidir :)
Qisas hissi çox dəhşətli hissdir. Tailandın Anqthonq şəhərində 69 yaşlı kişi keçmiş sinif yoldaşını güllələyib və səbəb kimi də, məktəb vaxtı yola getmədiklərini, göstərib. Deyib ki, məktəbdə etdiklərinə görə üzr istəməsini istədim, istəmədi, güllələdim.
Dövlət qurumlarında insanların bir neçə probleminin həllinə nail oldum. Bu gün hey düşündüm ki, mənim işim problemi həll etdirmək deyil, işıqlandırmaqdır. Redaktor 3 gündür soruşur ki, Həzi, niyə material vermirsən? Deyə bilmirəm ki, özüm həll edirəm problemləri:)
@nihadhuseynn Mən də indiki situasiyada mənasız göründüyün yazmışam. Dəyişiklikdən sonra, ayrı məsələ. "Cümhuriyyətci" solçulara kommunist damğası da azdır:)
@nihadhuseynn İdeoloji müstəvidə olsa, bu qədər səs-küy yaratmazdı. Ölkədə ümumi anlamda ideoloji prinsipləri Müsavatçılıq, Cümhuriyyətçilik çətiri altına salıblar və insanlar üçün də bu çox yorucudur. İnsanlara ideologiyaların ümumi fəlsəfəsin izah etmək lazımdır, sonra ideologiyanın özün.