Onlar heç vaxt başa düşməyəcəklər. Başa düşməklərini istəməyimiz, bizim axmaqlığımızıdır. Həyat, kimlərinsə məhdud düşüncə tərzləri səbəbilə pis olacaq qədər dəyərsiz deyil.
Hər kəs sadəcə mən səhv edirəmmiş kimi davranır. Elə bil, hər kəs düzgün gedir, bir mən tərs gedirəm. Duyğularımı danışmamağım onların olmadığı mənasına gəlmir. Hər dəfə çıxıb getməyim üçün yeni səbəblər tapırlar, sanki mən olmasam, hər kəs daha xoşbəxt olacaq.