Əzbərimdədir məni qucaqladığın zaman hiss etdirdiyin o doğmalıq….
Bacardığın bir çox şeyi öyrətdin mənə. Öyrətdiklərinin ən əsası isə bir daha heç kimə güvənməmək oldu.❤️🩹
🧩²⁷•⁰⁸•²¹
Sən mənə çox şey öyrətdin. Adını,özünü,keçdiyin həyat yolunu,ailəni,dostlarını,ətrafını, itirdiklərini öyrətdin. Sən mənə yuxu rejimini öyrətdin. Vaxt keçirdiyin məkanları öyrətdin. Həftənin sevdiyin günlərini öyrətdin.Sevdiyin və sevmədiyin yeməkləri öyrətdin.
İşdən gec çıxanda yorğun gözlərin və çatılmış qaşların hələ də əzbərimdədir.Əzbərimdədir gülən zaman gözlərinin ətrafında yaranan kiçik qırışlar,üzündəki cizgilər və saçlarının dağınıq halı..Əzbərimdədir kirpiklərin və əllərin..