2-ci Qarabağ müharibəsindən sonra bir daha əmin olduq ki, dünyada ƏDALƏTİN GÜCÜ deyil, GÜCÜN ƏDALƏTİ var.
“Gücün ədaləti” bugünün işi, “ədalətin gücü“ isə sabahın işidir. Bütün kitablar və atalar da yazır ki, bugünün işini sabaha saxlamaq olmaz.
Təbriklər, güclü Azərbaycan!
Eyni zamanda bu il xaricdə keçirilən biznes tədbirlərdə də ölkəmizi aktiv təmsil etməkdəyik. Bu il 10-a yaxın belə tədbirdə media partnyoruq. BrandWeek Istanbul-da isə Azərbaycandan iştiraka fmr promokodu ilə 50% endirimlə iştirak etmək mümkündür.
Biz də öz növbəmizdə biznes tədbirlər üzrə proseslərin avtomatlaşdırılması, qeydiyyat və satışın texniki yeniliklərdən istifadə edərək qurulması, task management üzrə öz daxili sistemimizi daim təkmilləşdiririk.
Eyni zamanda 2 böyük şirkət üçün daxili kommunikasiya tədbirinin də təşkilatçısıyıq. Noyabr ayı eyni ayda 4 böyük tədbir hazırlığı kimi də yadda qalacaq bizim üçün.
Sevinirik ki, ölkəmizin öncül şirkətləri biznes tədbirlərin təşkilini bizə etibar edirlər.
Son 3 ay üçün sırada hələ Sağlam Ailə birlikdə təşkil edəcəyimiz Səhiyyə Menecmenti Zirvəsi / Healthcare Management Summit, Roof Academy ilə birgə təşkil edəcəyimiz Təhsil Menecmenti Zirvəsi , ASTA ilə birlikdə təşkil edəcəyimiz Sənayedə Təhlükəsizlik Zirvəsi var.
Facemark olaraq 2023-cü ilin ilk 9 ayını uğurla baş vurduq.
Əlavə olaraq ilk 9 ayda 11 böyük tədbirlə indiyəqədərki illər üzrə nəticələrimizi yenilədik.
Rəqabəti qiymət üzərindən edən istənilən biznes bəlkə də bir müddət ayaqda qala biləcək. Amma unutmamaq lazımdır ki, yeganə üstünlüyünüz qiymətdirsə, müştəri gözündə qiymətiniz qədər yaxşısınız.
Sevinirəm ki, biznes tədbir təşkilatçılığında olan təcrübəmiz digər həmkarlarımız tərəfindən də qəbul və tətbiq edilir. İnkişaf ancaq bu halda mümkündür.
- 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝐰𝐨𝐫𝐤
(Bu söz Johnson tərəfindən ilk dəfə işlədilib və ilin sözü hesab edilir. Post pandemiya dövründə evdən işləmək tam effekt verməyəndə və tam işdə olmaq da cəlbedici olmadığına görə bunların ortasında bir format - hibrid iş termini yarandı)