Yaxşısıyla pisiylə 1 ildə belə keçdi xoş gəldin 22. Bu yaşıma kimi çox şey itirdim çox şey qazandım. Və təcrübələrlə dolu bir yaş oldu. Bilmirəm kitabın başındayam yoxsa yarısında, bəlkədə sonundayam amma, hər anı dolu dolu yaşamaq üçün əlimdən gələni edəcəyəm.
Kimdənsə kömək istəmirəm, eləmək istiyənidə unutmaram. Dəstək ol demərəm, arxamda duranıda unutmaram. Sevgi-hörmət göstər demərəm, göstərənidə unutmaram heç vaxt!
Heç vaxt mükəmməl bir zaman olmayacaq. Sən həmişə ya çox gəncsən, ya çox qocasan, ya çox məşğulsan, ya çox yorğunsan. Mükəmməl anı seçmək üçün daim narahat olsanız, o heç vaxt gəlməyəcək.
Yorğunsan ama yata bilmirsən. İşləyirsən ki bəlkə fikrin dağılar amma işindən belə bezmisən. Hər gün hər saat fikirləşirsən. Amma səbr edirsən. Çünki ALLAH səbr edənlərin hər zaman müjdəsini verəndir…