Çinlilər Türkiyənin qərarına etiraz etdilər.
Çinli markalar Türkiyənin əlavə 40% rüsum qərarına qarşı çıxdı və bunu ayrı-seçkilik olduğunu vurğulayaraq lazımi bütün tədbirləri görəcəklərini qeyd ediblər.
Çin istehsalı avtomobillərə Türkiyə bazarından zərbə
Artıq Çində istehsal edilən bütün avtomobillər Türkiyədə əlavə 40% vergiyə cəlb olunacaq. Bu zamana qədər bu qayda yalnız elektromobillərə aid idi, artıq bütün avtomobillərə şamil ediləcək.
Əlavə: 10% Gömrük + ÖTV + KDV
Avtomobil bazarına elektrikli pikap markası daxil olur
Geely Holding Group məxsus RADAR Auto RD6 ölkədə rəsmi satışı ediləcək.
Satışda 86kWh (550km) həcmdə NMC batareyalı (Çin CLTC 632km) variant olacaq.
Həmçinin, 60kWh LFP batareyalı (400km) versiyası da var.
Qiymət: 58.500₼
Energetika Nazirliyi:
“Yeni qanuna əsasən stansiya qurub enerji depolayan özəl şirkətlər istehlakçılara elektrik enerjisi sata biləcəklər.
Tariflər dövlət tərəfindən tənzimlənəcək və 2024-cü ildən qüvvəyə minəcək”
Türkiyədə rəsmi Tesla servis fəaliyyətə başlayacaq.
İyunda ilk rəsmi servis Merterdə yerləşən Otomol servisdə olacağı gözlənilir. Təbii ki, Tesla Türkiye bununla kifayətlənmir və 20-dən çox satış sonrası xidmət, həmçinin, yol yardımı mobil xidmətlərini də aktivləşdirəcək.
"Elektrik Passat", yəni ID.7 təqdim edildi.
VW Passat modelinin yerini alan ID.7 təqdim edildi. 82 kWh və 77 kWh batareya paketli modellər 700 km və 615 km məsafə gedə biləcəyi qeyd edilib.
Real olaraq uyğun hava şəraitində ekonom rejimdə 620 km və 500 km gedə biləcək
Akio Toyoda artıq Toyotanın rəhbəri deyil.
COP26 elektrifikasiyaya tam keçid müqaviləsini imzalamaqdan imtina edən Toyoda artıq şirkətə rəhbərlik etmir. Konfrans zamanı bu keçidin "ağılsız" olduğunu bildirmişdi.
Yeni CEO ilk iclasında tam elektrikləşməyə gedəcəyini açıqlayıb
Digər xəbər isə Türkiyədə tezliklə rəsmi #Tesla satış salonları açılacağına baxmayaraq ölkəyə #Çin istehsalı olan Teslaların da gətiriləcəyi qeyd edilib.
Tesla Türkiye rəhbəri Kemal Geçer isə twitterdə “İnşallah doğru değildir” yazaraq buna haqlı olaraq bir növ isyan edib.
Türkiyədə Çin istehsalı elektrik avtomobillərinin idxalına əlavə gömrük vergisi tətbiq edildi.
Ötən həftələrdə elektrik avtomobillərinin idxal vergisini 10% artıran hökumət, bu həftədən etibarən Çin istehsalı elektrik avtomobilləri üçün də əlavə 40% vergi tətbiq etdi.
#ETron qəza zamanı blok batareyası qopub.
Virciniya ştatında yol ayrıcını qırmızıda keçən Audi E-Tron modelinin blok batareyası, yəni bütün batareya paketi yerindən qopub. Audi açıqlama verməyib
Zavod tərəfindən bu hal problem kimi aşkarlanarsa kütləvi geriçağrılma ola bilər.
#Tesla aşağı büdcəli yeni modelinin təqdimatına hazırlaşır.
Daha çox insanı əhatə edə bilmək üçün Tesla aşağı büdcəli model təqdim etməyi planlayır. Qiymətinin maksimum 25.000$ olacağı gözlənilən modelin 1 martda təqdim ediləcəyi gözlənilir.
#Çin artıq #Türkiyə bazarına girir.
Çinin İstanbuldakı Baş Konsolluğu dünən yaydığı rəsmi məlumatda #Shangai limanından 4.000-ə yaxın Çin istehsalı avtomobilin #Derince’yə doğru yola çıxdığını yazıb.
#BYD da artıq Türkiyədə tam elektrik avtomobillərinin satışını edəcək.
#BYD rəsmi olaraq Türkiyədə distribütor açır.
Çinin ən böyük #batareya və elektrik avtomobil istehsalcısı @BYDCompany tezliklə #Türkiyə’də fəaliyyətə başlayacaq.
Elektrikli avtobuslar ilə #Avropa bazarında olan marka, 2022-dən avtomobillər ilə də bazardakı yerini alıb.
#BMW elektrik avtomobillərinin oturacaq və sükan qızdırıcılarının əlavə ödənişli edəndən sonra #Dacia’dan gözlənilməz cavab gəldi: “Bizim modellərdə istəyən 1 düyməni basaraq bu funksiyanın keyfini yaşaya bilər. Başqalarına isti su torbaları hədiyyə edirik”.
#Tesla#Semi elektrikli yük avtomobili daha fərqli port ilə istehsal edilib.
Yük avtomobili bu portla #Supercharger ilə yox #750kWh güc verə bilən “#Megacharger” vasitəsilə şarj edə biləcək.